Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:29 Gürcüstanda 31 yaşlı azərbaycanlı faciəli şəkildə öldü | 12:28 Avtomobilin sobası niyə yaxşı qızdırmır? - Beş əsas səbəb | 12:27 Censen Huanq sevgilisinə görə "Nvidia"dan qovulmasından sonra ilk açıqlamasını verib | 12:25 Tanışı evindən küçəyə çağırdı, mübahisə qanlı sonluqla bitdi | 12:21 Xaricdən onlayn alış-veriş edənlərin nəzərinə | 12:12 Qətlə yetirilən 23 yaşlı Gülarə tələbə imiş: Yeni təfərrüat - VİDEO (Yenilənib) | 12:09 Navai Qazaxıstan qalmaqalından sonra məclislərdə iştirak qiymətini kəskin artırdı | 12:00 Kişi arvadı ilə görüşən şəxsi maşının yük yerində Çaylağa apardı - Qərar | 11:35 Nazir: "Azərbaycan və Almaniya 10 sənəd üzərində iş aparırlar" | 11:31 Bəzi cərimələr 150 faiz artırılır | 23:04 Müzəffər İsayev vəfat etdi | 22:41 MKA “Azərpoçt”un adından göndərilən saxta SMS-lərlə bağlı xəbərdarlıq edib | 22:35 Birce Akalay yeni serialda | 22:29 Telefonla böyüyən uşaqları hansı təhlükələr gözləyir? | 22:22 Süni intellekt yeni peşələr yaradır – Gələcəkdə bu mütəxəssislərə tələbat artacaq | 22:17 134 yaşlı Cəlilabadlı nənə uzunömürlülük sirrini açıqladı - VİDEO | 22:11 “Qremmi” tarixində ilk: Müğənni 100 dəfə namizəd oldu | 22:04 Cinayətdə şübhəli bilinən 41 nəfər saxlanıldı | 21:59 Gürcüstanda azərbaycanlı gəncin meyiti tapıldı | 21:54 Noyabrda çoxlu pul qazanacaq BÜRCLƏR |
Mojo.az Avto
Mojo.az Avto

Avtomobilin sobası niyə yaxşı qızdırmır? - Beş əsas səbəb

18.11.2026 12:28 30
Avtomobilin sobası niyə yaxşı qızdırmır? - Beş əsas səbəb
Havaların soyuması ilə sürücülər avtomobilin salonundakı sobanın əvvəlki kimi yaxşı qızdırmadığını tez-tez müşahidə edirlər. Bunun bir neçə səbəbi ola bilər. Problem isə heç də həmişə birbaşa isitmə sistemindən qaynaqlanmır.

Bu barədə Gazeta.ru-ya "Avilon" avtomobil şirkətinin mexaniki təmir istiqaməti üzrə direktor müavini Leonid İyanov danışıb.

Ekspert sobanın zəif işləməsinin ilk səbəbinin antifrizin səviyyəsinin aşağı olması olduğunu bildirib. Onun sözlərinə görə, soyuducu mayenin miqdarı azaldıqda isitmə radiatorunda dövran zəifləyir və salonun havası lazımi qədər isinmir. Belə vəziyyətdə sistemdə sızmaların olub-olmadığını yoxlamaq vacibdir.

İkinci səbəb termostatın nasazlığıdır. Termostat açıq vəziyyətdə ilişib qaldıqda mühərrik normal iş temperaturuna gec çatır. Bu problem xüsusilə qış aylarında özünü göstərir. Avtomobil uzun müddət idarə olunsa belə, mühərrik lazımi temperatura qədər qızmaya bilər.

Üçüncü səbəb isitmə radiatorunun tutulmasıdır. Vaxt keçdikcə, xüsusilə antifriz uzun müddət dəyişdirilmədikdə, radiatorun daxilində çöküntülər yığılır. Nəticədə istilik mübadiləsi zəifləyir və soba əvvəlkindən daha az istilik verir.

Dördüncü səbəb iqlim sisteminin hava yönləndirici qapaqlarının nasazlığı ola bilər. Bəzən mühərrik kifayət qədər qızsa da, hava çıxışlarından salona soyuq hava daxil olur. İyanov bu halda temperaturun tənzimlənməsinə cavabdeh olan qapağın yoxlanılmasını tövsiyə edir.

Beşinci səbəb isə salon filtrinin çirklənməsidir. Bu zaman hava isti olsa da, salona zəif axınla daxil olur. Nəticədə avtomobilin salonu daha gec isinir.

Mütəxəssis qeyd edir ki, avtomobil sahibləri çox vaxt problemi birbaşa sobada axtarırlar. Halbuki nasazlıq mühərrikin soyutma sistemində də ola bilər. Buna görə də yalnız salon filtrini dəyişməklə və ya antifriz əlavə etməklə kifayətlənmək olmaz. Avtomobilin ümumi diaqnostikasının aparılması tövsiyə olunur.

Xüsusilə sobanın zəif işləməsi ilə yanaşı mühərrikin temperaturunda dəyişikliklər müşahidə edilirsə və ya soyuducu mayenin səviyyəsi azalırsa, avtomobilin yoxlanılması daha vacibdir.

Son xəbərlər