Mojo.az Banner
22:55 Yatarkən bunu edənlər diqqətli olsunlar!  |     22:47 Şəmkirdə TIR minik avtomobili ilə toqquşaraq aşdı  |     22:39 Niyə insanlar sosial şəbəkələrdə öz həyatlarını olduğundan fərqli göstərir?  |     22:31 Azərbaycan futbolunda yayın ən bahalı transferləri – SİYAHI  |     22:23 Tasnim: İran Hörmüz boğazının açılması üçün ABŞ-yə yeddi şərt təqdim edib  |     22:16 "Bu, müharibə olacaq": Putindən TƏCİLİ XƏBƏRDARLIQ  |     22:09 Bu şəxslərə əmək pensiyası xüsusi qaydada təyin olunur – AÇIQLAMA  |     22:01 Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb  |     21:57 İran və Oman Hörmüz boğazında gəmiçilik marşrutu ilə bağlı yekun razılaşma əldə edib  |     21:47 Telefondan çox istifadə edənlərin diqqətinə!  |     21:40 Dünyada yalnız bu üç nəfər pasportsuz gəzə bilir  |     21:32 Bakıda 23 yaşlı oğlan arvadını armaturla döydü - Kobud danışığa görə  |     21:26 Azərbaycanda nadir hadisə: Uşaq ananın qaraciyərindədir  |     21:18 Bakı İqlim Həftəsində 140-dan çox ölkədən 2 700 nümayəndə iştirak etdi  |     21:06 Bu bürclər üçün çətin dövr başlayır  |     20:52 Sinoptikdən anomal isti qış xəbərdarlığı  |     20:43 Hikmət Hacıyev: Kəlbəcər yenidən qurulur - VİDEO  |     20:30 İran və Oman arasında razılaşma Körfəz ölkələrinin XİN rəhbərlərinin iştirakı ilə elan olunacaq  |     20:21 Quba-Xınalıq yolu çökdü - VİDEO  |     20:12 Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı məlumatlar şəxsi kabinetlərinə göndərilib  |    
Mojo.az Avto
Mojo.az Avto

Benzin mühərrikli maşına dizel töksəniz nə baş verər?

15.05.2026 21:41 480
Benzin mühərrikli maşına dizel töksəniz nə baş verər?
Yanacaq doldurarkən edilən kiçik bir səhv avtomobil üçün ciddi problem yarada bilər. Xüsusilə də benzinlə işləyən maşına dizel yanacağının tökülməsi mühərrikdə nasazlıqlara səbəb ola bilər.

Median.Az
milli.az-a istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, dizel və benzin tam fərqli xüsusiyyətlərə malik yanacaqlardır. Benzin mühərrikləri yüksək alışma sürəti ilə işlədiyi halda, dizel daha ağır və gec alışan yanacaqdır. Buna görə də benzin maşınına dizel töküldükdə mühərrik normal işləyə bilmir.

Əgər az miqdarda dizel əlavə olunubsa, avtomobildə titrəmə, güc itkisi, tüstü və mühərrikin sönməsi kimi hallar yaşana bilər. Böyük həcmdə dizel doldurulduqda isə yanacaq sistemi və şamlar zədələnə bilər.

Mütəxəssislər bildirirlər ki, belə hal baş verərsə avtomobili işə salmadan dərhal servisə müraciət etmək lazımdır. Çünki mühərrik işə düşərsə, dizel bütün yanacaq sisteminə yayılaraq problemi daha da böyüdə bilər.

Qeyd edək ki, dizel mühərrikli avtomobilə benzin tökülməsi isə daha ağır nəticələrə səbəb ola bilər. Bu zaman yanacaq nasosu və injektorlar ciddi zərər görə bilər.скачать dle 11.3
Mojo.az Banner