Qətlə yetirilən 23 yaşlı Gülarə tələbə imiş: Yeni təfərrüat - VİDEO (Yenilənib)
Bakıda gənc rəssamın ölümünün yeni təfərrüatı məlum olub.
Oxu.az-ın əldə etdiyi məlumata görə, qətl hadisəsində şübhəli bilinən 2008-ci il təvəllüdlü Ayxan Mehdiyev və bacısı tələbə olublar.
A.Mehdiyev universitetin 1-ci kursunda, bacısı isə 3-cü kursda oxuyublar.
Hadisə vaxtı qardaş və bacısı evdə tək olublar. İlkin məlumata görə, Ayxan bacısının ürəyinə və boğaz nahiyəsinə 3 bıçaq zərbəsi endirib. Gülarə Mehdiyeva xəstəxanaya çatdırılsa da, orada ölüb.
* * * * *
Bakıda gənc rəssam, 2003-cü il təvəllüdlü Gülarə Ağa qızı Mehdiyevanın ögey qardaşı tərəfindən qətlə yetirilməsinin bəzi detalları üzə çıxıb.
Median.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisədən sonra polis əməkdaşları tərəfindən saxlanılan 2008-ci il təvəllüdlü Ayxan Mehdiyev cinayəti qısqanclıq zəminində törətdiyini iddia edib.
Məlum olub ki, Gülarə ilə Ayxan ata bir, ana ayrı ögey bacı-qardaşdırlar. Onlar Binəqədi rayonunun 9-cu mikrorayonun Həmzə Babaşov küçəsindəki evdə yaşayıblar.
Hadisə noyabrın 16-sı saat 14:30-də evin mətbəxdə baş verib. 18 yaşlı oğlan bıçaqla bacısına hücum edərək 3 ağır zərbə endirib. Gülarənin səsinə qonşular gəliblər və dərhal təcili tibbi yardım çağırıblar. Xəstəxanaya çatdırılsa da, 23 yaşlı qızın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.