Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:12 Qətlə yetirilən 23 yaşlı Gülarə tələbə imiş: Yeni təfərrüat - VİDEO (Yenilənib) | 12:09 Navai Qazaxıstan qalmaqalından sonra məclislərdə iştirak qiymətini kəskin artırdı | 12:00 Kişi arvadı ilə görüşən şəxsi maşının yük yerində Çaylağa apardı - Qərar | 11:35 Nazir: "Azərbaycan və Almaniya 10 sənəd üzərində iş aparırlar" | 11:31 Bəzi cərimələr 150 faiz artırılır | 23:04 Müzəffər İsayev vəfat etdi | 22:41 MKA “Azərpoçt”un adından göndərilən saxta SMS-lərlə bağlı xəbərdarlıq edib | 22:35 Birce Akalay yeni serialda | 22:29 Telefonla böyüyən uşaqları hansı təhlükələr gözləyir? | 22:22 Süni intellekt yeni peşələr yaradır – Gələcəkdə bu mütəxəssislərə tələbat artacaq | 22:17 134 yaşlı Cəlilabadlı nənə uzunömürlülük sirrini açıqladı - VİDEO | 22:11 “Qremmi” tarixində ilk: Müğənni 100 dəfə namizəd oldu | 22:04 Cinayətdə şübhəli bilinən 41 nəfər saxlanıldı | 21:59 Gürcüstanda azərbaycanlı gəncin meyiti tapıldı | 21:54 Noyabrda çoxlu pul qazanacaq BÜRCLƏR | 21:45 Azərbaycanda həkim vəfat etdi | 21:40 Bakıda "Mercedes GL450" sürücüsü sərxoş vəziyyətdə yaxalandı | 21:32 "Azərbaycan Restaurants" audit tələbini yerinə yetirmədi - Cərimə olundu | 21:27 Eşitmə məhdudiyyətli məktəbli müdir otağına girib seyfi boşaltdı - Cəza verildi | 21:19 2026-2027-ci ilin qışında dəbdə olacaq gödəkçələr |
Mojo.az Avto
Mojo.az Avto

Kişi arvadı ilə görüşən şəxsi maşının yük yerində Çaylağa apardı - Qərar

18.11.2026 12:00 45
Kişi arvadı ilə görüşən şəxsi maşının yük yerində Çaylağa apardı - Qərar
Şəki Apellyasiya Məhkəməsində əzab vermədə təqsirləndirilən Adil Səfərovun (adı, soyadı şərtidir-red.) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
Pravda.az-a istinadla xəbər verir ki, sonuncu iclasda təqsirləndirilən şəxsin apellyasiya şikayətindən imtina etdiyi elan olunub.

Adil Səfərov və müdafiəçisi apellyasiya şikayətindən imtinanın qəbul olunmasını və baxılmasına xitam verilməsini xahiş ediblər.

Qərara əsasən, apellyasiya şikayətindən imtina qəbul edilib və baxılmasına xitam verilib.

İttihama görə, Adil Səfərov 2025-ci ildə günorta saatlarında qısqanclıq motivi ilə cinayət törədib. O, arvadı S.S. (adı, soyadı şərtidir-red.) ilə rayon sakini, zərərçəkmiş Xəlil Əlizadənin (adı, soyadı şərtidir-red.) görüşdüyünü və cinsi əlaqədə olduqlarını öyrənib. Bundan sonra zərərçəkmiş şəxsdən qisas almaq məqsədilə onu idarə etdiyi "Daewoo Racer" markalı avtomobilə mindirib.

Təqsirləndirilən şəxs Xəlili avtomobilin arxa oturacağına əyləşdirərək Qax şəhərində yerləşən "Dağ yolu" adlanan əraziyə aparıb. Orada avtomobildən düşürdüyü zərərçəkmişin sağ sağrı nahiyəsinə bir dəfə təpiklə qəsdən zərbə vurub. Nəticədə onun sağ sağrı nahiyəsində qançır yaranıb.

Daha sonra Adil Xəlildən arvadı ilə cinsi əlaqədə olub-olmadığını soruşub. Müsbət cavab aldıqdan sonra onu arvadı ilə üzləşdirmək qərarına gəlib. Bunun üçün zərərçəkmişi avtomobilin yük yerinə oturdaraq özünün yaşadığı ünvana aparıb. Evin qarşısında maşını saxlayan Adil Xəlili avtomobildən düşürtmədən arvadı S.S. ilə üzləşdirib.

Bununla kifayətlənməyən Adil zərərçəkmişi yenidən maşının yük yerində "Şəki yolu" kimi tanınan "Çaylaq" adlı əraziyə aparıb. Burada isə ona qarşı daha ağır xarakterli zorakı hərəkətlər törədib.

İbtidai istintaq orqanı hesab edib ki, Adil Səfərovun hərəkətləri zərərçəkmiş şəxsə fiziki ağrı, iztirab verməklə müşayiət olunan əzabvermə əməlidir və əməl Cinayət Məcəlləsinin 133.1-ci (əzab vermə) maddəsi ilə tövsif olunub.

Məhkəmə iclasında Adil Səfərov ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib.

Qax Rayon Məhkəməsinin hökmü ilə o, Cinayət Məcəlləsinin 133.1-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək 1 il 7 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Daha sonra Adil Səfərov qərardan narazı qalaraq apellyasiya şikayəti verib və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Son xəbərlər