Mojo.az Banner
12:16 Azərbaycanda müğənnilər 15 min manat qazanıb, 20 manat vergi ödəyirlər  |     12:13 Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edildi  |     12:09 Səhər saatlarında Rusiyada güclü zəlzələ oldu  |     12:00 İlon Mask uçan avtomobilini təqdim etdi - Video  |     11:54 Deputat Məzahir Əfəndiyev barəsində doqquz işə xitam verildi  |     11:53 Yaxın 4 ildə Qarabağ və Şərqi Zəngəzura nə qədər pul xərclənəcək?  |     11:45 Ağstafada cinayət törətməkdə təqsirləndirilən şəxs Rusiyada tutuldu  |     23:01 Daim üşüyürsünüz? - Endokrinoloq diqqətdən kənarda qoyulmamalı simptomları açıqladı  |     22:55 İcbari sığorta haqları artırılacaq?  |     22:46 Başqalarına kömək etmək bu xəstəliyin inkişafını ləngidə bilər  |     22:41 Qonşusunu bıçaqlayan 61 yaşlı şəxs məhkəmə zalında həbs edilib  |     22:34 İran Oman körfəzində tankeri vurdu  |     22:27 Ayselin aliment ödəməyən əri həbs olundu  |     22:22 Leyla Əliyeva Laçının vəhşi təbiətindən paylaşım etdi - VİDEO  |     22:15 Türkiyədə bələdiyyə sədrinin müavini qəzada öldü  |     22:09 "Rəqəmsal rabitə" informasiya sistemi nəyə xidmət edəcək?  |     22:02 Gənc əsgər vəfat etdi  |     21:57 Toyuq kəsimi sexində antisanitar vəziyyət - FOTOLAR  |     21:50 Minimum əməkhaqqı, pensiya və müavinətlər bu qədər arta bilər  |     21:45 Sabah yağış yağacaq  |    
Mojo.az Avto
Mojo.az Avto

Qırğızıstan ilk milli peykini kosmosa göndərdi

02.10.2026 21:15 225
Qırğızıstan ilk milli peykini kosmosa göndərdi
Qırğızıstanın Birləşmiş Ərəb Əmirlikləri ilə birgə hazırladığı peyk ABŞ-nin Kaliforniya ştatında yerləşən Vandenberq Kosmik Qüvvələr Bazasından “SpaceX” şirkətinin “Falcon 9” raketi ilə orbitə çıxarılıb.

Qırğızıstan Prezidentinin Mətbuat Mərkəzinin məlumatına görə, tarixi buraxılış mərasimində ABŞ-də işgüzar səfərdə olan Prezident Sadır Japarov da iştirak edib.

İlk milli peykin ölkə iqtisadiyyatının inkişafı ilə yanaşı, ətraf mühitin monitorinqində də mühüm rol oynayacağı bildirilib.

Yüksək ayırdetmə qabiliyyətinə malik optik sensorlarla təchiz olunan peyk vasitəsilə kənd təsərrüfatı ərazilərinin və otlaqların vəziyyəti, quraqlıq riski, eləcə də kənd təsərrüfatı məhsullarının məhsuldarlığı izləniləcək.
Peykin Qırğızıstan üçün mühüm əhəmiyyət daşıyan buzlaqlar, su ehtiyatları və çaylarda baş verən dəyişikliklərin monitorinqinə də imkan verəcəyi qeyd olunub.

Bundan əlavə, peykdən əldə ediləcək məlumatların ekoloji dəyişikliklərin izlənilməsi və təbii fəlakət risklərinin əvvəlcədən müəyyənləşdirilməsi məqsədilə istifadə olunması nəzərdə tutulub.

Peykin idarə olunması və əldə edilən məlumatların emalı Qırğızıstanın paytaxtı Bişkekdə yaradılan Yerüstü İdarəetmə Mərkəzi vasitəsilə həyata keçiriləcək.
//sfera.azскачать dle 11.3
Mojo.az Banner