Mojo.az Banner
19:04 Azərbaycanda pensiyalar belə artırılacaq - Yeni qayda  |     18:59 Qubada kişi hamamda qazdan boğulub öldü  |     18:53 Ayaqqabıya görə döyülən qadın ərini bağışladı, məhkəmə əfv etmədi  |     18:45 Çindən maşın gətirməyin qaydası dəyişir  |     18:36 Bulvarda 630 minlik "Lamborghini" ilə drift edilib? - Hacı Həsənli ilə bağlı qərar verildi  |     18:23 Hazırda bu yollarda sıxlıq var - SİYAHI  |     18:10 Qara dənizdə həlak olan azərbaycanlı gəmi kapitanının FOTOSU  |     18:03 Azərbaycanda ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğluna nişanladı  |     18:03 Xaçmazda qəza: Maşın məktəbli qardaşları vurdu  |     18:02 Azərbaycan və Birləşmiş Krallığın hökumətləri arasında mühüm sənədlər imzalandı  |     17:44 Bakının böyük ərazisi və Abşeronun bir hissəsində su kəsiləcək  |     17:22 12 azərbaycanlı dənizdə çarəsiz qalıb: "Hər saniyəmiz ölümdür" - Video  |     17:20 Azərbaycan millisinə məğlubiyyətdən sonra istefa verdi  |     16:50 Korrupsiyaya dair məlumat verənlər dövlət tərəfindən qorunacaq və kompensasiya alacaqlar  |     16:49 İlk dəfə sükan arxasına əyləşərək ölümə səbəb oldu - Hökm oxundu  |     16:48 Korrupsiyanı ifşa edənlər üçün mühüm yenilik: Rəhbər hara şikayət olunacaq?  |     16:47 Korrupsiya barədə məlumat səhv olsa, şikayətçini nə gözləyir?  |     16:46 Şimali Kiprdə faciə: Azərbaycanlıların da olduğu gəmidə batanlardan daha bir nəfərin cəsədi tapıldı  |     16:45 Korrupsiya barədə məlumat verən şəxsin qazandığı mükafatdan vergi tutulacaq?  |     16:39 İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda bu avtomobil yolu birdəfəlik bağlanır - Tarix açıqlandı

03.10.2026 18:18 237
Bakıda bu avtomobil yolu birdəfəlik bağlanır - Tarix açıqlandı
"İçərişəhər" qoruq ərazisində sakinlərin rahatlığının təmin edilməsi, gündəlik hərəkət zamanı izafi yürüş məsafəsinin minimuma endirilməsi, habelə Qoşa Qala meydanında mobilliyin artırılması və təhlükəsizliyin qorunması məqsədilə geniş piyadalaşmış ərazinin yaradılması üçün nəqliyyatın hərəkətinin təşkilində dəyişikliklər ediləcək.

Bu barədə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məlumat yayıb.

Bildirilib ki, dəyişikliklərə əsasən, cari ilin 15 oktyabr tarixindən etibarən Qoşa Qala meydanında nəqliyyat vasitələrinin hərəkəti tamamilə qadağan ediləcək və ərazi piyadaların istifadəsinə veriləcək.

Eyni zamanda, Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzindən Böyük Qala küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq, həmin istiqamətdə hərəkət M.Ə.Sabir küçəsinə yönləndiriləcək. M.Ə.Sabir küçəsi ilə hərəkət edən nəqliyyat vasitələri sağa - Qoşa Qala qapıları çıxışına, sola hərəkət edən nəqliyyat vasitələri isə Kiçik Qala küçəsinə istiqamətləndiriləcək. Bundan başqa, qoruq ərazisində yaşayan sakinlərin və onlara xidmət göstərən nəqliyyat vasitələrinin giriş-çıxışının daha rahat təşkili məqsədilə Səftər Quliyev, Qüllə və Böyük Qala küçələrində yaşayan sakinlərə aid nəqliyyat vasitələrinin Neftçilər prospektindən girişi Səftər Quliyev küçəsindəki birtərəfli giriş vasitəsilə həyata keçiriləcək. Görülən tədbirlər sakinlərin yaşayış ünvanlarına daha rahat və qısa marşrutla hərəkətini təmin etməklə yanaşı, Vəli Məmmədov küçəsindəki əsas girişdə nəqliyyat axınının optimallaşdırılmasına və ərazidə hərəkətin daha səmərəli təşkilinə imkan verəcək.

Qeyd olunan küçələrdə yaşayan sakinlərdən cari ilin 15 oktyabr tarixindən etibarən "İçərişəhər" qoruğu ərazisinə daxil olmaq üçün Səftər Quliyev küçəsindəki girişdən istifadə etmələri xahiş olunur. Yeni hərəkət sxemi qədim şəhər sakinlərinin gündəlik gediş-gəlişinin daha rahat və təhlükəsiz təşkilinə, Qoşa Qala meydanında isə şəhərin tarixi ruhuna uyğun, geniş və təhlükəsiz piyada məkanının formalaşmasına xidmət edəcək.скачать dle 11.3
Mojo.az Banner