Mojo.az Banner
13:08 Jurnalistlər üçün süni intellektlə bağlı yeni qaydalar hazırlanır  |     13:07 Milli Məclis İlham Əliyevi və Mehriban Əliyevanı təbrik edib  |     13:06 Məşhur iş adamının 13 milyonluq şantaj işi: Məhkəmədə nələr oldu?  |     13:05 Mirzoyan: "TRIPP yolu üzərində ABŞ-nin hərbi mövcudluğu ehtimalı İranı narahat edir"  |     13:04 Azərbaycan nefti ucuzlaşdı  |     12:23 Bakıda təcili yardım maşını ağır qəza törətdi: Ölən var  |     12:19 Rəsmi Bakı Pakistana başsağlığı verib  |     12:16 Azərbaycanda müğənnilər 15 min manat qazanıb, 20 manat vergi ödəyirlər  |     12:13 Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edildi  |     12:09 Səhər saatlarında Rusiyada güclü zəlzələ oldu  |     12:00 İlon Mask uçan avtomobilini təqdim etdi - Video  |     11:54 Deputat Məzahir Əfəndiyev barəsində doqquz işə xitam verildi  |     11:53 Yaxın 4 ildə Qarabağ və Şərqi Zəngəzura nə qədər pul xərclənəcək?  |     11:45 Ağstafada cinayət törətməkdə təqsirləndirilən şəxs Rusiyada tutuldu  |     23:01 Daim üşüyürsünüz? - Endokrinoloq diqqətdən kənarda qoyulmamalı simptomları açıqladı  |     22:55 İcbari sığorta haqları artırılacaq?  |     22:46 Başqalarına kömək etmək bu xəstəliyin inkişafını ləngidə bilər  |     22:41 Qonşusunu bıçaqlayan 61 yaşlı şəxs məhkəmə zalında həbs edilib  |     22:34 İran Oman körfəzində tankeri vurdu  |     22:27 Ayselin aliment ödəməyən əri həbs olundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Süd vəzi ağrısı nə zaman təhlükəlidir? – Mütəxəssisdən xəbərdarlıq

02.10.2026 22:43 306
Süd vəzi ağrısı nə zaman təhlükəlidir? – Mütəxəssisdən xəbərdarlıq
Qadınların bir çoxu müəyyən dövrlərdə süd vəzində ağrılar və ya həssaslıq hiss edirlər.
Nəzərə alsaq ki, süd vəzi xərçəngi dünyada qadınlar arasında ən çox rast gəlinən xəstəliklərdəndir, bu ağrılar təbii olaraq təşviş yarada bilər.

Median.Az
Medicina.az-a istinadən xəbər verir ki, əslində süd vəzində ağrıların bir çox fərqli səbəbi ola bilər:

• Hormonal dəyişikliklər

• Menstrual dövr

• Hamiləlik və südvermə dövrü

• Əzələ gərginliyi

• Digər fərdi faktorlar

İnteqrativ tibb mütəxəssisi, onkoloq-mammoloq Rəna Niftəliyeva qeyd edir ki, əksər hallarda süd vəzi ağrıları ciddi problemlərlə əlaqəli olmur. Lakin ağrı uzun müddət davam edir, təkrarlanır və ya yalnız bir tərəfdə hiss olunursa, səbəbini araşdırmaq vacibdir. Xüsusilə bu əlamətlər varsa, gecikdirmədən həkim müayinəsindən keçməlisiniz:

Döşdə kütlə hissi

Dəridə dəyişikliklər

Qanlı ifrazat

Qızartı və ya yeni yaranan dəyişikliklər

İnteqrativ Tibb mütəxəssisi qeyd edir ki, süd vəzində yaranan ağrını uzun müddət diqqətdən kənarda saxlamaq əvəzinə, xüsusilə davamlı və təkrarlanan hallarda həkim müayinəsindən keçmək lazımdır.

Süd vəzi ağrısının səbəbinin dəqiq müəyyənləşdirilməsi üçün həkim tərəfindən qiymətləndirmə aparılmalı və ehtiyac olduqda müvafiq müayinələr təyin edilməlidir.скачать dle 11.3
Mojo.az Banner