Mojo.az Banner
23:01 Problemli kreditlərin həcmi artır - Səbəb nədir? (VİDEO)  |     22:55 Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO  |     22:48 Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu  |     22:43 Vasif Talıbovun yaxın adamının 12 illik fəaliyyəti yoxlanılır  |     22:34 "Turan Tovuz" "Fənərbağçaya məğlub oldu  |     22:29 Gəncədə bədbəxt hadisə: Bacı-qardaş xəstəxanaya yerləşdirildilər  |     22:21 Paytaxtın bəzi ərazilərində işıq olmayacaq  |     22:16 Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı  |     22:10 Sürücülərə xəbərdarlıq: Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:02 Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - Açıqlama  |     21:56 Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı  |     21:48 Ağdaşda evdə yanğın - Ana və oğulları ilə bağlı təfərrüat  |     21:40 Bakıda ən ucuz evlər bu ərazidədir  |     21:35 Payız axşamlarında izlənməli 5 film  |     21:27 Müəllimlərin yaş həddi ilə bağlı yeni məlumat  |     21:22 Təyyarəni qəzaya uğratmaq istəyən pilotun keçmişi ilə bağlı şok detallar üzə çıxdı  |     21:14 Tanınmış həkim xərçəngin səbəblərin açıqladı  |     21:08 6 min manat alıb oğlunu həbsdən çıxaracağını vəd etdi - 2 il 9 ay həbs  |     21:00 Büdcə smartfonlarının sonu: "Samsung" və "Google" modellərinin qiyməti kəskin artdı  |     20:55 Toyuq əti bu səbəblərdən bahalaşır  |    
Mojo.az Avto
Mojo.az Avto

Astroloqdan xəbərdarlıq: Bu ay plastik əməliyyatlardan uzaq durun

01.10.2026 11:28 465
Astroloqdan xəbərdarlıq: Bu ay plastik əməliyyatlardan uzaq durun
Yeni ayın başlaması ilə insanların qarşıdakı dövrlə bağlı gözləntiləri də artır. Astroloji yanaşmalara görə, hər ay planetlərin mövqeyində baş verən dəyişikliklər bürclərin həyatının müxtəlif sahələrinə fərqli təsir göstərə bilər. Bəzi bürclər üçün oktyabr daha fəal və uğurlu dövr, digərləri üçün isə müəyyən sınaq və çətinliklərin yaşana biləcəyi mərhələ kimi qiymətləndirilir. Bəs qarşıdakı ay bürclər üçün hansı sürprizləri gətirəcək?

Astroloq Nərmin Zeynalova Median.Az-a açıqlamasında deyib ki, bu oktyabr ayının əsas mühüm astroloji hadisəsi Veneranın retro hərəkətə keçməsidir:

“Venera retro hərəkətdə olanda bu, birincisi, şəxsi həyatımıza, ikincisi isə maliyyə məsələlərinə təsir göstərə bilər. Bu təsirə ən çox məruz qalacaq bürclər Əqrəb və Buğa olacaq. İkisi də maddiyyatı sevən, eyni zamanda kifayət qədər ehtiraslı bürclərdir. Retro Venera oktyabrın 3-dən qüvvəyə minir. Amma elə oktyabrın 1-dən etibarən keçmiş sevgililərin geri qayıtmasını müşahidə edə bilərik. Bu proses noyabrın ortalarına qədər davam edə bilər. Əslində, bu, bütün bürclərə aiddir, amma Buğa və Əqrəb bürclərinə təsiri daha çox olacaq. Həmçinin, məsələn, əgər kiminsə borcları varsa, yəni kimsə bizə pul borcludursa, bu dövrdə həmin şəxsin borcunu qaytarmaq ehtimalı da daha yüksəkdir. Bu xüsusilə Əqrəb və Buğa bürclərinə aiddir. Niyə məhz bu bürclərə? Çünki Venera Əqrəb bürcündə retro hərəkətə dönür və noyabrın ortalarına qədər retro hərəkətdə olacaq. Əsasən noyabr ayında hər kəs, əgər köhnə sevgilisindən xəbər gözləyirsə, o xəbəri alacaq”.

Astroloqun sözlərinə görə, Retro Veneranın daha bir xüsusiyyəti odur ki, gözəllik prosedurlarına mənfi təsir göstərir:

“Ona görə xanımlara tövsiyə etməzdim ki, bu ay ərzində nə plastik əməliyyat etsinlər, nə də hər hansı kosmetoloji invaziv müdaxilə və ya müalicə həyata keçirsinlər. Çünki çox vaxt bu dövrdə nəticə bizim istədiyimiz və gözlədiyimiz kimi olmur. Əksinə, nəticədən narazı qala və həmin proseduru yenidən təkrarlamaq məcburiyyətində qala bilərik. Yalnız o halda ki, siz öncədən hansısa plastik əməliyyat və ya kosmetoloji müdaxilə etdirmisiniz və nəticəsindən narazı qalmısınız. Belə hallarda həmin proseduru yenidən etdirmək, yəni əvvəlki müdaxilənin yaratdığı qüsurları düzəltmək üçün bu dövr daha uyğun ola bilər”.

Ayselскачать dle 11.3
Mojo.az Banner