Mojo.az Banner
19:37 Lerikdə Hamarmeşə–Bibiyani yolu yenidən qurulur  |     19:30 Oğuzda uşaq üstündə bir-birini döyən ər-arvad cərimələndi  |     19:25 Sabah Azərbaycanda intensiv yağış yağacaq  |     19:16 Keçmiş məhkumlardan 19 kiloqram narkotik aşkarlandı  |     19:11 "Xəzər Lizinq" MMC-dən şikayət - VİDEO  |     19:04 Azərbaycanda pensiyalar belə artırılacaq - Yeni qayda  |     18:59 Qubada kişi hamamda qazdan boğulub öldü  |     18:53 Ayaqqabıya görə döyülən qadın ərini bağışladı, məhkəmə əfv etmədi  |     18:45 Çindən maşın gətirməyin qaydası dəyişir  |     18:36 Bulvarda 630 minlik "Lamborghini" ilə drift edilib? - Hacı Həsənli ilə bağlı qərar verildi  |     18:23 Hazırda bu yollarda sıxlıq var - SİYAHI  |     18:10 Qara dənizdə həlak olan azərbaycanlı gəmi kapitanının FOTOSU  |     18:03 Azərbaycanda ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğluna nişanladı  |     18:03 Xaçmazda qəza: Maşın məktəbli qardaşları vurdu  |     18:02 Azərbaycan və Birləşmiş Krallığın hökumətləri arasında mühüm sənədlər imzalandı  |     17:44 Bakının böyük ərazisi və Abşeronun bir hissəsində su kəsiləcək  |     17:22 12 azərbaycanlı dənizdə çarəsiz qalıb: "Hər saniyəmiz ölümdür" - Video  |     17:20 Azərbaycan millisinə məğlubiyyətdən sonra istefa verdi  |     16:50 Korrupsiyaya dair məlumat verənlər dövlət tərəfindən qorunacaq və kompensasiya alacaqlar  |     16:49 İlk dəfə sükan arxasına əyləşərək ölümə səbəb oldu - Hökm oxundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı

03.10.2026 22:16 447
Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı
Ağdam rayonunda 15 yaşlı qızın ailəsindən xəbərsiz evdən getməsi ilə bağlı aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər görülüb.

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Qeyd olunub ki, 12 sentyabr 2011-ci il təvəllüdlü, Ağdam rayon sakini Samirə Həsənovanın (şərti ad) oktyabrın 1-də yaşadığı ünvandan çıxaraq naməlum istiqamətə getməsi barədə ailəsi tərəfindən "102" Xidməti-Zəng Mərkəzinə məlumat daxil olub.

"Məlumat daxil olduqdan dərhal sonra polis əməkdaşları tərəfindən axtarış tədbirlərinə başlanılıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən də məsələ ilə bağlı araşdırma aparılıb və aidiyyəti qurumlarla əlaqələndirmə həyata keçirilib.

Araşdırma zamanı azyaşlının Şəmkir rayon sakini olan şəxslə evlənmək məqsədilə ailəsindən xəbərsiz getdiyi müəyyən edilib. Onun 15 yaşında olması nəzərə alınaraq, polis əməkdaşlarının keçirdiyi operativ tədbirlər nəticəsində yeri qısa müddətdə müəyyənləşdirilib və tapılaraq ailəsinə təhvil verilib.

Beləliklə, azyaşlının təhlükəsizliyi təmin olunub və erkən evliliyə cəlb edilməsinin qarşısı alınıb.

Hazırda məsələ ilə bağlı araşdırma Ağdam Rayon Polis Şöbəsi tərəfindən davam etdirilir", - məlumatda deyilir.скачать dle 11.3
Mojo.az Banner