İran rialının ucuzlaşması Azərbaycanda malları ucuzlaşdıracaq? Ekspertdən AÇIQLAMA
İran rialının xarici valyutalar qarşısında dəyər itirməsi ölkənin ixrac etdiyi məhsulların qiymətləri ilə bağlı müzakirələri artırıb.
Xüsusilə İrandan Azərbaycana gətirilən ərzaq, kənd təsərrüfatı məhsulları və digər gündəlik tələbat mallarının qiymətinin necə dəyişəcəyi maraq doğurur. Rialın ucuzlaşması İran istehsalçıları üçün məhsulların xarici bazarlarda daha rəqabətli olmasına şərait yarada bilər. Lakin Azərbaycanda son satış qiymətinə yalnız məzənnə deyil, daşınma xərcləri, gömrük ödənişləri, logistika, satıcıların marjası və bazardakı tələb də təsir göstərir.
Rialın ucuzlaşması İrandan Azərbaycana idxal olunan məhsulların qiymətinə hansı formada təsir göstərə bilər və bu proses ərzaq və gündəlik tələbat mallarının pərakəndə qiymətlərində real ucuzlaşma yarada bilərmi?
Bu barədə sosial-iqtisadi məsələlər üzrə ekspert İlqar Hüseynli Median.Az-a açıqlamasında deyib ki, rialın xarici valyutalar qarşısında dəyərini itirməsi prosesi İranın öz daxili auditoriyası üçün, daxili ticarətində bu və ya digər formada dəyişikliklərə, qiymətlərdə artıma və yaxud azalmaya gətirib çıxara bilər:
“O, başqa bir məsələdir. Amma konkret Azərbaycana münasibətdə bu, elə bir ciddi ucuzlaşmaya gətirib çıxaracağını inanmıram. Niyə görə? Çünki əslində baxanda bu kontraktlar hamısı beynəlxalq hüquq prinsipləri çərçivəsində bağlanır və idxal-ixrac prosesi müqavilə əsasında tənzimlənir. Orada da böyük ehtimalla, bütün müqavilələr milli valyutalarla deyil, qorunan valyutalarla bağlanır və yaxud da həmin günün cari məzənnəsinə uyğun olaraq tərtib edilir. İdxal-ixrac kontraktlarında bu, dollarla və ya avro ilə müəyyənləşdirilir. Bu da məhsulun hansı ölkədən idxal və yaxud ixrac olunmasından asılıdır. İranda iş adamları o qədər də özlərini, mən düşünmürəm ki, ora qədər ağılsız hesab etsinlər ki, bütün kontraktları rialla, İran rialı ilə bağlasınlar. Bu mümkün deyil. Onlar da öz qiymətlərini və kontraktlarını ya dollarla, ya avro ilə, yəni möhkəm və beynəlxalq valyuta ilə bağlayırlar. Ona görə də rialın qiymətinin azalmasının və ya artmasının bu amilə hər hansı ciddi təsiri olmayacaq. Əgər sırf bu məsələyə bu cür kontekstdən yanaşsaq, onda gərək Türkiyə malları Azərbaycanda 5 dəfə, 10 dəfə ucuz olaydı. Çünki vaxt var idi, tutaq ki, türk lirəsinin dollara və yaxud avroya məzənnəsi hansısa bir rəqəmli həddə idi. İndi artıq iki rəqəmli həddə gəlib çıxıb. Yəni 1 dollar artıq 49 TL-yə, 1 avro isə 55-56 TL-yə çatıb, yaxın vaxtlarda yəqin ki, 60 TL-yə yaxınlaşacaq”.
O qeyd edib ki, onda elə bu məntiqlə yanaşsaq, hamı gedib Türkiyədən tez kontraktını bağlayıb, dollarla gedib lirə ilə məhsulları alıb Azərbaycana gətirərdi:
“Və yaxud da digər ölkələr bunu edərdi. Nəticə etibarilə nə olardı? Fantastik ucuzlaşmaya gətirib çıxarda bilərdilər. Eyni vəziyyət İran rialının qiymətinin təsiri ilə də bağlı olardı. Yəni onlar öz məhsullarının dəyərini idxal-ixrac zamanı qoruyurlar. Bu baxımdan xarici valyuta qarşısında lirənin və ya rialın dəyər itirməsinin Azərbaycanda qiymətlərin enməsinə elə bir ciddi təsiri olmayacaq. Amma burada digər amillər ola bilər. Məsələn, logistika xərcləri birbaşa artarsa, bu, qiymətlərin əksinə, bahalaşmasına gətirib çıxara bilər. Yaxud da gömrük, idxal-ixrac rüsumlarında enmələr və ya artımlar qiymətlərə təsir edə bilər. Daşınma və gömrük xərclərindəki dəyişikliklər də bu baxımdan mühüm amillərdir.Rialın dəyərinin müəyyən qədər düşməsi 1 faiz və ya 0, neçə faizsə təsir yarada bilər. Dollar və avro ilə bağlanmış kontraktlarda bu, elə bir ciddi nəticə etibarilə ucuzlaşmaya və yaxud da belə fantastik bahalaşmaya səbəb ola bilməz”.
Aysel