Mojo.az Banner
13:54 Azərbaycanın axtarışa verdiyi şəxs tapıldı: Bakıya gətirildi  |     13:53 İstanbula uçan təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi  |     13:27 Ağstafada müəllimlər arasında dava: Xəsarət alan var - Araşdırma başladı (Yenilənib)  |     13:12 Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb  |     12:56 "Baykar"ın yeni PUA-sının ilk ixracı Azərbaycana edildi  |     12:52 İşçilərin nəzərinə: Ezamiyyə qaydaları dəyişdi  |     12:15 Azərbaycan nefti bahalaşdı - Son qiymət  |     12:11 Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik  |     12:10 Azad olunmuş ərazilərdə ilk dəfə genişmiqyaslı birgə hərbi təlim keçirilir  |     12:07 Gecə saatlarında iki ölkədə güclü zəlzələ  |     11:46 Qonşusunun həyətinə girdi, sifətindən bıçaqlandı  |     11:44 Sükan arxasında ailə mübahisəsi ölümcül ola bilər  |     11:33 Həyət evinin qarşısında bunu edənlərin diqqətinə – 12 min manat cərimə oluna bilərsiniz  |     11:28 Astroloqdan xəbərdarlıq: Bu ay plastik əməliyyatlardan uzaq durun  |     11:26 Pakistanda azərbaycanlı qızı təcavüzkarlara satan qadın saxlanıldı  |     11:24 İran rialının ucuzlaşması Azərbaycanda malları ucuzlaşdıracaq? Ekspertdən AÇIQLAMA  |     11:21 "TikTok" Azərbaycanda vergi uçotuna alındı  |     23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)

30.09.2026 22:19 204
Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)
Bakıda 5 və 9 mərtəbəli binalarda mənzillərin qiyməti arasında fərq artmaqda davam edir.

Statistik məlumatlara əsasən, 9 mərtəbəli binalarda mənzillərin həm ümumi, həm də hər kvadratmetr üzrə orta satış qiyməti 5 mərtəbəli binalarla müqayisədə daha yüksəkdir.

Mütəxəssislərin fikrincə, bu fərqin yaranmasında bir sıra amillər rol oynayır: “Əmlak bazarında tələbat ən çox köhnə tikili 9-10 mərtəbəli binanalaradır. Bu binaların istismar müddətinin bitməsinə uzun illər qalıb. Həmin binaların daxili proyekti də daha fərqli və digərlərindən üstündür. 9-10 mərtəbli binalarda mənzillər genişdir, əlavə eyvanlar var. Həmçinin sanitar qovşağın ayrı, mətbəxin geniş olması insanlarda bu tip binalara marağı daha çox artırır. Bundan başqa, ipotekaya kohnə tikili 9 və 10 mərtəbli binalarda olan mənzillər daxil olur ki, bu da evlərin satış qiymətlərinin artmasına gətirib çıxarır”.

Elnur Fərzəliyev bildirir ki, investorların isə marağı azmərtəbəli evlərdir. Onun sözlərinə görə, bu tip layihələrə olan maraq son dövrlərdə artıb.

Ekspert bildirir ki, bu tendensiya təkcə paytaxtla məhdudlaşmır, digər şəhərlərdə də 9 və 5 mərtəbəli binalarda mənzillərin qiyməti arasında fərq artmaqda davam edir. //Xəzər TVскачать dle 11.3
Mojo.az Banner