Mojo.az Banner
11:45 Ağstafada cinayət törətməkdə təqsirləndirilən şəxs Rusiyada tutuldu  |     23:01 Daim üşüyürsünüz? - Endokrinoloq diqqətdən kənarda qoyulmamalı simptomları açıqladı  |     22:55 İcbari sığorta haqları artırılacaq?  |     22:46 Başqalarına kömək etmək bu xəstəliyin inkişafını ləngidə bilər  |     22:41 Qonşusunu bıçaqlayan 61 yaşlı şəxs məhkəmə zalında həbs edilib  |     22:34 İran Oman körfəzində tankeri vurdu  |     22:27 Ayselin aliment ödəməyən əri həbs olundu  |     22:22 Leyla Əliyeva Laçının vəhşi təbiətindən paylaşım etdi - VİDEO  |     22:15 Türkiyədə bələdiyyə sədrinin müavini qəzada öldü  |     22:09 "Rəqəmsal rabitə" informasiya sistemi nəyə xidmət edəcək?  |     22:02 Gənc əsgər vəfat etdi  |     21:57 Toyuq kəsimi sexində antisanitar vəziyyət - FOTOLAR  |     21:50 Minimum əməkhaqqı, pensiya və müavinətlər bu qədər arta bilər  |     21:45 Sabah yağış yağacaq  |     21:36 Bir gecədə Rusiyanın 6 SU-34 təyyarəsi məhv edildi  |     21:31 Yeni Böyük Çin Səddi tikilir  |     21:24 Nazirlər Kabineti "Azərişıq" və "Azərenerji" ilə bağlı qaydada dəyişiklik edib  |     21:08 Navai Qazaxıstanda işgəncələrlə tanınan təcridxanaya yerləşdirildi  |     20:55 Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb  |     20:48 Bakıda parkda Mərakeş vətəndaşını öldürməkdə təqsirləndirilən gənc: "Etmədiyim cinayəti öz üzərimə götürmüşəm"  |    
Mojo.az Avto
Mojo.az Avto

"Baykar"ın yeni PUA-sının ilk ixracı Azərbaycana edildi

01.10.2026 12:56 258
"Baykar" şirkəti yeni uzaqmənzilli, radar siqnallarını hədəfə alma imkanına malik MIZRAK kamikadze PUA-sını Azərbaycana ixrac edib.

İxracla bağlı müqavilə Bakıda keçirilən "ADEX 2026" VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində imzalanıb.

Bu, "Baykar"ın MIZRAK uzaqmənzilli kamikadze PUA-sının məlum olan ilk ixracıdır.

MIZRAK "Baykar"ın uzaqmənzilli, birtərəfli zərbə xəttinin bir hissəsi kimi SİVRİSİNEK və K2 kamikadze PUA-larından qısa müddət sonra təqdim edilib.

K2 iki min kilometr uçuş məsafəsi və 200 kiloqram döyüş başlığı ilə uzaqmənzilli ağır zərbə vasitəsi kimi nəzərdə tutulub. SİVRİSİNEK isə aşağı qiymətli konstruksiyası və müxtəlif buraxılış imkanları ilə fərqlənir.

MIZRAK isə modul konstruksiyaya malikdir və radiolokasiya stansiyalarının radiasiyasını hədəfə alan antiradiolokasiya sursatı kimi istifadə oluna bilər.

PUA-nın modul bölməsində iki 20 kq-lıq döyüş başlığı və ya radar siqnallarını passiv radiofrekans axtarıcısı vasitəsilə müəyyən edərək ona yönəlməyə imkan verən 20 kq-lıq döyüş başlığı yerləşdirilə bilər.

Standart hədəfləmə sistemi gimbal tipli elektro-optik (EO) sistem, həmçinin GNSS/INS naviqasiya sistemindən ibarətdir.

MIZRAK daha yüksək çəkisinə görə SİVRİSİNEK-dən fərqli olaraq katapult vasitəsilə deyil, eniş-gediş qurğusu və RATO (raketlə sürətləndirilən qalxış sistemi) vasitəsilə havaya qalxa bilər. Aşağı qanad yükü və kanard qanadlarının dəstəyi nəzərə alınmaqla, eniş-gediş qurğusu ilə qalxış üçün qısa məsafənin kifayət edəcəyi bildirilir.

MIZRAK-ın Azərbaycanın daha əvvəl İsraildən əldə etdiyi "Harpy" və "Harop" tipli kamikadze PUA-larından əsas fərqləri arasında istifadədə çeviklik, mürəkkəb buraxılış infrastrukturundan asılılığın olmaması, faydalı yükün modul şəkildə dəyişdirilməsi, eləcə də "Bayraktar TB2" və "Akıncı" PUA-ları ilə qarşılıqlı fəaliyyət imkanları göstərilir.скачать dle 11.3
Mojo.az Banner