Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Alimlər milyonlarla insanın yaşadığı vulkanın altında iki maqma kamerası tapdı | 22:55 Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək | 22:46 Şagirdlərin elektron yerdəyişməsi prosesi başladı | 22:41 "Voyacer-1" Yerdən bir işıq günü uzaqlaşacaq - Siqnalın çatması 24 saat çəkəcək | 22:33 Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib | 22:28 "Zelenski Ukraynanı ətçəkən maşına çevirib" - Zaxarova | 22:20 4 tibb müəssisəsində qanun pozuntuları aşkarlandı - Rəhbərləri çıxarıla bilər | 22:14 Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər - Foto | 22:08 Azərbaycanda müəmmalı ölüm: İş adamının meyiti tapıldı | 22:02 Ölkədə əcnəbi tələbələrin təhsilinə daha çox pul ayrılacaq | 21:57 Avrozonada inflyasiya son üç ilin rekordunu qırdı | 21:49 Abituriyentlərə şad xəbər: Daha bir universitetdə hüquqşünaslıq və tibb ixtisasları açılacaq | 21:44 Rafael Nadal "Real Madrid"in rəhbərliyində yer ala bilər | 21:36 Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq | 21:32 Süni intellekt 2030-cu ilədək dünya iqtisadiyyatına 22,3 trilyon dollar qazandıracaq | 21:25 Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI | 21:20 Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir? | 21:11 Kirayə mənzil götürənlər evlərini başqalarına verə bilərlər? | 21:06 Kürün taleyi təhlükədədir: Yayda quraqlıq, qışda daşqın olacaq | 20:54 Pensiyaların nə qədər artacağı bəlli oldu |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda 12 yaşlı uşağın taleyi ilə bağlı qərar – Ana aliment ödəyəcək

04.11.2026 20:03 126
Bakıda 12 yaşlı uşağın taleyi ilə bağlı qərar – Ana aliment ödəyəcək
Bakıda 12 yaşlı uşağın atasının himayəsinə verilməsinə və anasından aliment tutulmasına qərar verilib.

Qaynarinfo-nun məlumatına görə, Səbail Rayon Məhkəməsinə müraciət edən ata faktiki nikah münasibətində olduğu qadından dünyaya gələn övladının onun himayəsinə verilməsini və anadan aliment tutulmasını tələb edib.

İddiaçı bildirib ki, münasibətləri pozulduqdan sonra uşaq anasının yanında qalıb. Lakin qadının qeyri-sabit həyat tərzi, daimi yaşayış yerinin olmaması və uşağa lazımi qayğı göstərməməsi səbəbindən onun normal inkişafı təhlükə altına düşüb.

Atanın sözlərinə görə, 12 yaşlı uşaq heç bir təhsil müəssisəsində qeydiyyatda olmayıb və təhsil almayıb. O, həmçinin uşağın yaşadığı evin yaşayış üçün yararsız vəziyyətdə olduğunu və onun təhlükəsiz şəraitdə saxlanılmadığını iddia edib.

İddiaçı qeyd edib ki, ananın psixoloji vəziyyəti ilə bağlı problemlər də mövcuddur. Məhkəmənin sorğusuna verilən cavabda qadının psixiatriya xəstəxanasında stasionar müalicə aldığı təsdiqlənib.

İş üzrə Səbail Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası da uşağın fikrini öyrənib. 12 yaşlı uşaq atası ilə yaşamaq istədiyini bildirib. Komissiya onun mənafeyini nəzərə alaraq atasının himayəsində qalmasını məqsədəuyğun hesab edib.

Məhkəmə uşağın hazırda atası ilə yaşamasını, onun istəyini və qəyyumluq komissiyasının rəyini nəzərə alaraq iddianı təmin edib.

Qərara əsasən, uşaq yetkinlik yaşına çatanadək atasının himayəsində qalacaq. Anadan uşağın saxlanılması üçün hər ay 260 manat, yəni minimum əməkhaqqının 0,65 misli həcmində aliment tutulacaq.

Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra olunmalıdır.

Son xəbərlər