Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
11:31 Azərbaycanda bəzi məktəblərdə yeddi gün dərs olmayacaq | 11:24 Zamin duranlar və nisyə mal satanlar üçün yeni tələb | 11:13 Bakıda məşhur xəstəxana bağlanır | 22:55 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 22:46 Orbanın qardaşı saxlanıldı | 22:35 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var | 22:26 Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi | 22:12 Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı | 22:01 Ərdoğan: "İlham Əliyev qardaşımın liderliyi altında Qarabağda yenidənqurma səfərbərliyi həyata keçirilir" | 21:52 Pau Kubarsi "Qızıl oğlan" mükafatının qalibi oldu | 21:42 Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq | 21:35 Azərbaycan Türkiyəyə başsağlığı verdi | 21:22 Tramp səhvlərini etiraf etdi | 21:05 ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı | 20:59 Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi | 20:50 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video | 20:32 Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib | 20:27 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi | 20:04 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq | 19:55 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi - VİDEO |
Mojo.az Avto
Mojo.az Avto

Qadınlar hansı hallarda aliment ödəyirlər? — Vəkildən AÇIQLAMA

30.10.2025 21:37 534
Qadınlar hansı hallarda aliment ödəyirlər? — Vəkildən AÇIQLAMA
Qadınlar yalnız uşaq atada qaldığı halda və ya uşaq başqa bir şəxs, məsələn baba və ya nənə yanında yaşadığı zaman aliment ödəyir. Aliment uşağa görə ödənilən məbləğdir və əsas məqsədi uşağın saxlanmasıdır".

Bu sözləri açıqlamasında vəkil Əkrəm Həsənov deyib.

O bildirib ki, bəzi hallarda valideynə də aliment ödənilə bilər:

"Məsələn qız öz atasına və ya anasına aliment ödəyə bilər. Qanunvericiliyə, yəni Ailə Məcəlləsinə əsasən hər bir valideyn övladını 18 yaşına qədər saxlamaqla məsuldur. Əgər valideynlər boşanıblarsa uşaq kimdə qalırsa digər valideyn həmin uşağın saxlanılması üçün aliment ödəməlidir".

Vəkil deyib ki, adətən uşaq anada qalır və kişi aliment ödəyir, lakin bəzi hallarda bunun əksi də mümkündür:

"Bundan başqa əgər uşaq valideynlərindən heç birinin yanında qalmır və babası nənəsi tərəfindən saxlanılırsa aliment onlara ödənilə bilər.
Eyni zamanda əgər valideynin özünü dolandırmağa imkanı yoxdursa övlad məhkəmə qərarı ilə və ya qarşılıqlı razılaşma əsasında valideyninə aliment ödəyə bilər".

Qeyd edək ki, statistikaya əsasən ölkəmizdən 2000-dən çox qadın aliment ödəyir.

Son xəbərlər