Mojo.az Banner
23:00 İş axtaran 50 yaşdan yuxarı şəxslərə şad xəbər: məhdudiyyət aradan qalxır?  |     22:52 Növbəti 4 günə diqqət! – XƏBƏRDARLIQ EDİLDİ  |     22:43 Ucarda 16 yaşlı gəncin suda boğulmasının təfərrüatları - FOTO  |     22:38 Dünyada ağcaqanad xəstəliyi yayılır - Ölümcüldür  |     22:29 Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI  |     22:24 Fransada meşə yanğınları ilə əlaqədar həbslər olub  |     22:18 Çində təxliyə edilən insanların sayı 1 milyonu keçdi - YENİLƏNİB  |     22:11 İki yaşdan kiçik uşaqlara şokolad vermək olar?  |     22:05 "Barselona"dan 100 milyonluq transfer əməliyyatı  |     21:56 Bakıda sağlamlıq mərkəzinin rəhbərini öldürüb gölün kənarına atdılar  |     21:50 Qobustanda ağır QƏZA: Ölən var  |     21:41 Yaxın Şərqdə GƏRGİNLİK: İsrail Livana zərbələr endirdi  |     21:36 Əmrah Bulud "Karvan-Yevlax"dan getdi  |     21:30 Rusiya Sumını vurdu - Ölənlər var  |     21:24 "Coca-Cola" ilk dəfə tərkibində kokain olan dərman kimi yaradılıbmış  |     21:19 Yeni hoteldə 45 nəfərə iş veriləcək - 20-si Qarabağ sakinidir  |     21:12 Bakı bulvarında batmaqda olan şəxs xilas edilib - VİDEO  |     21:07 Türkiyədə qeysəriyyə əməliyyatlarına görə 100-ə yaxın həkim cəzalandırıldı  |     20:40 Orqanizmdə dəmir çatışmazlığını necə bilmək olar? - 5 əlamət  |     20:35 Okeanın dibində 73 gizli vulkan tapıldı - Bəziləri yenidən aktivləşə bilər  |    
Left Banner
Right Banner

Bu halda aliment ləğv olunur - AÇIQLAMA

05.05.2025 22:02 660
Bu halda aliment ləğv olunur - AÇIQLAMA
Qanunvericiliyə əsasən, uşaqları saxlamaq valideynlərin borcudur. Ailə məcəlləsinə əsasən, valideynlər uşaq saxlamaq barədə saziş bağlaya bilirlər. Bəzən belə təsəvvür yaranır ki, yalnız ər və arvad boşandıqdan sonra aliment ödəyə bilər. Amma bu həmişə belə deyil. Valideynlər rəsmi nikahda olduqları müddətdə də uşaqlarını saxlamadıqları müddətdə aliment məhkəmə qaydasında tutula bilər.

Aliment ödəyən valideyn vəfat edərsə, bu zaman alimenti kim ödəyəcək? 
Məsələ ilə bağlı  vəkil Rəşad Əliyev açıqlama verib.
O bildirib ki, tərəflər arasındakı ən həssas məsələ uşaqların gələcəyidir. Dövlət isə bu gələcəyi qorumaq üçün aliment öhdəliyini hüququ çərçivəyə salır. Tərəflər arasında nikah pozularkən, uşaqlar hansi valideynin yanında qalırsa, digər valideyn ona aliment ödəyir:
"Aliment 2 qaydada yəni, maaşın və aylıq gəlirlərin müəyyən hissəsinin tutulması kimi müəyyən oluna bilər. Bu o deməkdir ki, bir uşağa görə aliment aylıq qazancın dörddə biri, 2 uşağa görə üçdə biri, üç və daha çox uşaq sayı olarsa, maaşın və ya aylıq qazancın yarısı qədər müəyyən oluna bilər

Bu halda ölkə üzrə aylıq əmək haqqından müəyyən misli miqdarında təyin olunur və gələcəkdə aylıq əmək haqqının minumum miqdarı bu halda birbaşa aliment məbləği də artmış olur. Ailə Məcəlləsində aliment öhtəliklərinə xitam verilməsinin əsasları konkret olaraq göstərilib. Bu əsaslardan biri də aliment ödəyən şəxsin vəfat etməsi ilə bağlıdır. 

Əgər aliment ödəyən və ya aliment ödənilən tərəflərdən hər hansı biri vəfat edərsə, aliment ödənilən şəxsin maddi imkanlarının yaxşılaşdırılması yaxud əmək fəaliyyətinin bərpa olunmasi müəyyən olunarsa, bu halda aliment öhdəliklərinə xitam verilir. Yəni ölən şəxsin aliment öhdəliyi hansısa formada digər şəxsə keçmir. Ailə Məcəlləsində nənə və babalarının nəvəni saxlamaq vəzifəsi təsbit edilib. Həmin normaya əsasən, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr öz valideynlərindən maddi yardım ala bilmədikdə zəruri vasitəyə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər". 

Vəkil onu da qeyd edib ki, qanunvericilikdə valideynlərdən aliment ala bilməyən uşaqların nənə, babadan aliment tələb etmək hüququ müəyyən olunub. Həmçinin nəvələrin də baba, nənəni saxlamaq hüququ var. Bu halda nənə, baba da iddia qaldıra bilər. 
Qeyd edək ki, hər bir uşağın aliment sadəcə maddi məsuliyyəti yox, haqqıdır. //milli.azскачать dle 11.3
Mojo.az Banner