Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:16 İranda şəhər başçısı güllələndi  |     15:04 Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası  |     15:00 Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu  |     14:48 Məmurlara biznes və əlavə gəlirlərlə bağlı yeni qadağalar qoyulur  |     14:42 Qışda bu məhsul bahalaşacaq — İqtisadi paradoks  |     14:21 Məktəb psixoloqlarının fəaliyyəti dəyişməlidir - AÇIQLAMA  |     14:12 Hər gün saç düzləşdirilməsi böyrəklərə zərər verə bilər – AÇIQLAMA  |     13:56 Bakının bir sıra küçələrində hərəkət məhdudlaşdırılacaq - Siyahı  |     13:10 Bakıda məktəblinin 4-cü mərtəbədən yıxılaraq ölməsi faktı araşdırılır  |     12:56 İspaniya Superkuboku Azərbaycanda keçirilə bilər  |     12:44 Hotellərin doluluğu azalıb - Yerlərin 77 faizi boş qalıb  |     12:40 Ramiz Mehdiyevin köməkçisinə hansı cəza verildi?  |     12:37 Bu tarixdə Bakıda yağış, rayonlarda qar gözlənir  |     12:32 Bütün köhnə avtobuslar yenilənəcək  |     12:21 Samuxda 32 yaşlı kişi bıçaqlandı  |     12:18 Bu gecə keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI  |     12:10 Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək  |     12:02 Sabunçuda bağçanın qapı və pəncərələrini sındıran qazi saxlanılıb  |     12:00 Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır  |     11:53 Azərbaycanda satılan çerri pomidorlar təhlükəlidirmi? - Ekspert açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Boşanma olmadan aliment: Kim, necə və nə qədər tələb edə bilər?

01.09.2026 18:08 1 050
Boşanma olmadan aliment: Kim, necə və nə qədər tələb edə bilər?
Cəmiyyətdə aliment anlayışı daha çox boşanmış ailələrlə əlaqələndirilir. Lakin valideynlərin nikahda qalması uşağın saxlanılması öhdəliyini aradan qaldırmır. Tərəflər rəsmi nikahda olduqları halda da valideynlərdən biri uşağın maddi təminatında iştirak etmirsə, digər tərəf aliment tələb edə bilər. Bəs bunun üçün hansı şərtlər tələb olunur, məhkəməyə necə müraciət edilməlidir və aliment hansı məbləğdə müəyyənləşdirilir?

Median.Az mövzunu hüquqşünasla araşdırıb.

Hüquqşünas Emil Nuriyev açıqlayıb ki, aliment nikahın pozulması olmadan da mümkündür.

Mütəxəssisin sözlərinə görə, əgər valideyn uşağın saxlanmasını həyata keçirmirsə, bu zaman uşaq himayəsində olan valideyn digər valideyndən uşağın saxlanması üçün aliment tələb edə bilər.
"Bunun üçün məhkəməyə müraciət etməzdən əvvəl mediasiya təşkilatına müraciət edilir. Əgər tərəflər mediasiya sessiyası zamanı razılığa gələ bilmirlərsə, o zaman məhkəməyə müraciət etmək istəyən tərəfə arayış təqdim edilir. Ailə nikah mübahisələri zamanı mediasiya sessiyasında iştirak vacibdir. Əks halda məhkəmə iddia ərizəsini baxılması üçün icraata götürməkdən imtina edə bilər", — deyə hüquqşünas bildirib.
O, sonda qeyd edib ki, mediasiya arayışı alındıqdan sonra məhkəməyə iddia ərizəsi ilə müraciət edilir. Əgər şəxs işləyirsə, sabit gəliri varsa, o zaman bir uşağın saxlanması üçün cavabdehin qazancın və gəlirlərinin 1/4 hissəsi, iki uşaq olan zaman 1/3 hissəsi, üç və daha artıq olan zaman qazancının və gəlirlərinin yarısı məbləğində aliment təyin edilir. Əgər şəxsin qazancı sabit deyilsə, o zaman məhkəmə sabit məbləğdə aliment təyin edir.
Dəniz Pənahova
Median.Az

Son xəbərlər