Mojo.az Banner
23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |     22:42 Lənkəranda kişi atasını qaynar su ilə yandırdı  |     22:37 Son 48 ilin rekordu: Xəzərin aqibəti necə olacaq? - Ekoloq  |     22:30 Bakıda mühasib sahibkarı aldatdı, "vergi pulu"nu mənimsədi  |     22:25 Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq  |     22:19 Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)  |     22:11 Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr  |     22:06 Naxçıvanda ağır qəza olub, xəsarət alanlar var  |     21:59 Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb  |     21:53 Azərbaycanda pensiyalar belə artırılacaq - Komitə sədri açıqladı  |     21:38 Futbol klubunun prezidenti başından güllələndi  |     21:30 Həbsdə olan 2 vəkil azadlığa buraxıldı  |     21:24 192 pivə çəlləyində aksiz pozuntusu aşkarlandı  |     21:15 Sökülüb yerində bina tikiləcəyi iddia edilən peşə məktəbi ilə bağlı AÇIQLAMA  |     21:10 Onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək - Sabahdan  |     21:02 Oktyabrın ilk günü hava necə olacaq?  |     20:57 Oğuzda əməliyyat - Həbs edilənlər var  |     20:49 Deputat sənədsiz evlərdən danışdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Boşanmadan sonra aliment ödənişi - Qanun nə deyir?

06.08.2026 19:05 255
Boşanmadan sonra aliment ödənişi - Qanun nə deyir?
Boşanmadan sonra ən çox yaranan hüquqi məsələlərdən biri də yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün alimentin ödənilməsidir. Tərəflər arasında bu məsələdə razılıq əldə olunmadıqda, alimentin tutulması qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Bu öhdəlik nikahın davam etməsindən və ya pozulmasından asılı deyil. Yəni boşanmadan sonra da hər iki valideyn övladının saxlanılmasında iştirak etməlidir.

Qanunvericiliyə görə, valideynlər uşağın saxlanılması qaydası və alimentin ödənilməsi barədə öz aralarında razılığa gələ bilərlər. Tərəflər arasında razılıq əldə olunarsa, aliment könüllü qaydada ödənilir.

Lakin valideynlər arasında razılıq olmadıqda və ya onlardan biri uşağın saxlanılması üçün vəsait ayırmadıqda, aliment məhkəmə qaydasında tutulur. Bu, Ailə Məcəlləsinin 75.4-cü maddəsində öz əksini tapıb.

Qanun uşağın mənafeyinin qorunmasını da təmin edir. Belə ki, valideynlərdən heç biri alimentin tutulması üçün məhkəməyə müraciət etmədikdə və uşaq lazımi qaydada təmin olunmadıqda, müvafiq icra hakimiyyəti orqanı və ya qəyyumluq və himayə orqanı yetkinlik yaşına çatmayanın maraqlarının müdafiəsi məqsədilə alimentin tutulması barədə məhkəmədə iddia qaldıra bilər.

Qanunvericilik boşanmadan sonra uşağın maddi təminatını valideynlərin birgə məsuliyyəti kimi müəyyən edir. Valideynlər bu öhdəliyi könüllü şəkildə yerinə yetirmədikdə isə aliment məhkəmə qərarı əsasında tutulur.
//qaynar.azскачать dle 11.3
Mojo.az Banner