Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:04 Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası  |     15:00 Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu  |     14:48 Məmurlara biznes və əlavə gəlirlərlə bağlı yeni qadağalar qoyulur  |     14:42 Qışda bu məhsul bahalaşacaq — İqtisadi paradoks  |     14:21 Məktəb psixoloqlarının fəaliyyəti dəyişməlidir - AÇIQLAMA  |     14:12 Hər gün saç düzləşdirilməsi böyrəklərə zərər verə bilər – AÇIQLAMA  |     13:56 Bakının bir sıra küçələrində hərəkət məhdudlaşdırılacaq - Siyahı  |     13:10 Bakıda məktəblinin 4-cü mərtəbədən yıxılaraq ölməsi faktı araşdırılır  |     12:56 İspaniya Superkuboku Azərbaycanda keçirilə bilər  |     12:44 Hotellərin doluluğu azalıb - Yerlərin 77 faizi boş qalıb  |     12:40 Ramiz Mehdiyevin köməkçisinə hansı cəza verildi?  |     12:37 Bu tarixdə Bakıda yağış, rayonlarda qar gözlənir  |     12:32 Bütün köhnə avtobuslar yenilənəcək  |     12:21 Samuxda 32 yaşlı kişi bıçaqlandı  |     12:18 Bu gecə keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI  |     12:10 Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək  |     12:02 Sabunçuda bağçanın qapı və pəncərələrini sındıran qazi saxlanılıb  |     12:00 Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır  |     11:53 Azərbaycanda satılan çerri pomidorlar təhlükəlidirmi? - Ekspert açıqladı  |     11:44 İlham Əliyev çexiyalı həmkarına məktub göndərdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Hər gün saç düzləşdirilməsi böyrəklərə zərər verə bilər – AÇIQLAMA

28.10.2026 14:12 246
Hər gün saç düzləşdirilməsi böyrəklərə zərər verə bilər – AÇIQLAMA
Saç düzləşdirmə prosedurlarında istifadə olunan bəzi kosmetik vasitələrin insan sağlamlığı üçün ciddi risklər yaratması beynəlxalq səviyyədə narahatlıq doğurur. İsraildə “Revival Miracle” adlı məhsuldan istifadə etdikdən sonra bir qadının kəskin böyrək zədələnməsi şübhəsi ilə xəstəxanaya yerləşdirilməsi bu vasitələrin tərkibinə və təhlükəsizliyinə diqqəti artırıb.

Saç düzləşdirici vasitələrin tərkibində olan qlioksilik turşu insan sağlamlığı üçün hansı təhlükələri yarada bilər?

Professor Adil Qeybulla Median.Az-a açıqlamasında deyib ki, saç düzləşdirilməsi həm yüksək temperaturla ütüləmə, həm də kimyəvi prosedurlar vasitəsilə həyata keçirilir:
“Bu üsullar saçın strukturuna və sağlamlığına zərər verə bilər. Ütüləmə zamanı temperaturun 185–220 dərəcəyə çatması saçın daxili strukturunu poza bilər. Yüksək temperaturun təsiri ilə saçda olan suyun buxarlanması və müxtəlif kimyəvi maddələrin havaya yayılması mümkündür. Bu maddələr nəfəs yolları vasitəsilə orqanizmə daxil olaraq qana və digər orqanlara təsir göstərə bilər. Xüsusilə gözəllik salonlarında keratin prosedurları zamanı formaldehid və digər kimyəvi maddələrdən istifadə edilməsi narahatlıq doğurur. Bu maddələr saçın strukturuna mənfi təsir göstərməklə yanaşı, baş dərisi vasitəsilə də orqanizmə sorula bilər. İstifadə olunan bəzi maddələrin kanserogen xüsusiyyətlərə malik olduğu da məlumdur. Hazırda bu prosedurlardan geniş istifadə edilsə də, onların tətbiqi zamanı maksimum diqqətli olmaq lazımdır. Çünki kosmetik və müalicəvi məqsədlərlə tətbiq edilən bəzi üsulların sağlamlığa mənfi təsirləri yalnız müəyyən müddət keçdikdən sonra üzə çıxa bilər”.

Son xəbərlər