Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Heyvan kəsimində baytarlıq nəzarəti niyə vacibdir? - VİDEO

18.08.2026 21:31 360
Heyvan kəsimində baytarlıq nəzarəti niyə vacibdir? - VİDEO
Qida zəncirində təhlükəsizliyin təmin olunması və əhalinin sağlamlığının qorunması üçün heyvan kəsimi mütləq baytarlıq nəzarəti altında aparılmalıdır.

Kəsimə yalnız sağlamlığı əvvəlcədən təsdiq edilmiş heyvanlar cəlb oluna bilər.

Bəzən isə bunun əksi olan hallarla rastlaşırıq. Nəticədə insan sağlamlığı üçün risk yaradan xoşagəlməz hadisələr baş verə bilər. Bəs bu risklər və təhlükələr hansılardır?

Heyvanlar arasında yayılan və insan sağlamlığı üçün ciddi təhlükə yaradan zoonoz xəstəliklərdən biri də qarayaradır. Xəstə və ya xəstəlik şübhəsi olan heyvanların kəsilməsi, onların ətinin və subməhsullarının (daxili orqanlarının) satışa çıxarılması yolverilməzdir. Bu cür heyvanların ətinin satışa çıxarılması qanunvericiliyin tələblərinə zidd olmaqla yanaşı, ciddi sanitariya-epidemioloji risklər yaradır. Sahibkarlar xəstəlik əlamətləri müşahidə olunan heyvanları kəsməməli, satışa təqdim etməməli və bu barədə dərhal aidiyyəti qurumlara məlumat verməlidirlər. Bir heyvanın sağlamlığına laqeyd yanaşmaq insanların sağlamlığını risk altına qoya bilər.

Unutmayaq ki, qarayara xəstəliyinin törədicisi torpaqda uzun müddət yaşamaq qabiliyyətinə malikdir. Bu səbəbdən xəstə heyvanın öldüyü və ya kəsildiyi ərazi 50 ilədək insanların və heyvanların yoluxmasına səbəb ola bilər.

Son xəbərlər