Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Luis Hamilton Formula 1 Böyük Britaniya Qran-Prisinin qalibi olub

19.07.2021 12:16 1 104
Luis Hamilton Formula 1 Böyük Britaniya Qran-Prisinin qalibi olub
İyulun 18-də Formula 1 Böyük Britaniya Qran-Prisinin qalibi müəyyənləşib.

Silverstoun avtodromunda təşkil olunan mövsümün onuncu yarışında "Mercedes”in pilotu Luis Hamilton birinci olub. İlk üçlüyü "Ferrari”nin pilotu Şarl Lekler və "Mercedes”in üzvü Valtteri Bottas tamamlayıb.

Çempionatın lideri Maks Ferstappen ("Red Bull Racing") qəza törədib. Belə ki, onun bolidi birinci dövrədə L.Hamiltonun bolidi ilə toqquşduqdan sonra böyük sürətlə təhlükəsizlik səddinə çırpılıb. Qəzadan sonra pilot xəstəxanaya yerləşdirilib.

L.Hamilton cari mövsüm dördüncü, Silverstounda səkkizinci, karyerasında isə 99-cu qələbəsini qazanıb.

Pilotların siyahısına 185 xalla M.Ferstappen başçılıq edir. L.Hamilton 177 xalla ikinci, Lando Norris ("McLaren") isə 113 xalla üçüncü pillədə yer alıb.

Konstruktorlar kubokunda "Red Bull" 289 xalla birincidir. Hesabında 287 xal olan "Mercedes" ikinci, "McLaren" isə 163 xalla üçüncü yerdə qərarlaşıb.

Növbəti yarış iki həftə sonra Macarıstanda təşkil olunacaq.

Qeyd edək ki, iyunun 6-da Bakı şəhər halqasında təşkil edilən Formula 1 Azərbaycan Qran-Prisində "Red Bull"un pilotu Serxio Peres qalib olmuşdu.

Son xəbərlər