Mojo.az Banner
23:01 Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin  |     22:56 Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO  |     22:50 Ronaldonu belə geri qaytarmaq istəyirlər  |     22:43 Süd vəzi ağrısı nə zaman təhlükəlidir? – Mütəxəssisdən xəbərdarlıq  |     22:38 Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlanacaq  |     22:30 Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər  |     22:24 Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz  |     22:19 Torpağa basdırılan silah-sursat üzə çıxarıldı  |     22:11 Uşaqlar yatmazdan əvvəl niyə çox danışırlar?  |     22:06 Estoniya tranzit yolunu bağladı  |     21:59 Bakıda kişi pilləkənlərdən yıxılıb öldü  |     21:51 Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb  |     21:46 "Forsaj" serial olacaq  |     21:39 “Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib  |     21:34 "FlyDubai" təyyarəsini kim xilas etdi?  |     21:28 Antibiotikin yeni zərəri üzə çıxdı - XƏBƏRDARLIQ  |     21:20 Elektron tullantılar təhlükəlidir? - Ekoloqdan AÇIQLAMA  |     21:15 Qırğızıstan ilk milli peykini kosmosa göndərdi  |     21:06 Sevgi və pulla bağlı 2 BÜRCƏ şad xəbər  |     21:00 Problemli kreditlər artır - Ekspert səbəbləri açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Təhsildən yayınan, erkən yaşda məcburi evləndirilən uşaqlarımız var - Komitə sədri

18.05.2019 20:30 1 709
Təhsildən yayınan, erkən yaşda məcburi evləndirilən uşaqlarımız var - Komitə sədri
“Azərbaycanda hələ də təhsildən yayınan, erkən yaşda nikaha məcburi olaraq daxil edilən, əməyə cəlb olunan uşaqlarımız var”.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova “Gənclər təşkilatları dayanıqlı inkişaf məqsədləri naminə” adlı konfransda çıxışı zamanı deyib.

Onun fikrincə, əgər insan təhsillidirsə, savadlıdırsa onun həyata baxışı da fərqli olur.

Dövlət Komitəsinin sədri qız uşaqlarını keyfiyyətli təhsil almağa çağırıb: “Ona görə də qadınların və kişilərin əlçatan və keyfiyyətli təhsil almaları əsas hədəflərdəndir. Tədqiqatçıların fikrincə, təhsil sahəsində gender bərabərsizliyinin aradan qaldırılması dünyada yoxsulluğun azaldılmasına imkan yaradacaq əsas faktorlardan biridir. Təsəvvürünüzə gətirin ki, bir ailənin qız uşağı məktəbə gedir, keyfiyyətli təhsili əldə edir, daha sonra istədiyi peşəyə sahib olur, işləyir və əldə etdiyi gəlir hesabına ailəsinə maddi dəstək olur. Belə bir qız uşağının erkən yaşda ərə getməsi, ailə zorakılığına məruz qalması, yoxsul olması nadir hallarda baş verə bilər. Deməli təhsil almaq, peşə sahibi olmaq çox vacibdir”. (report)скачать dle 11.3
Mojo.az Banner