Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Dünyada hər beş saniyədə bir uşaq ölür

19.09.2018 11:57 6 500
Dünyada hər beş saniyədə bir uşaq ölür
BMT-nin hesabatına əsasən, ötən il ərzində 15 yaşına çatmayan 6,3 milyon uşaq ölüb. Bu isə hər beş saniyədə bir uşağın öldüyü anlamına gəlir. Onlar su çatışmazlığı, antisanitariya, zəif qidalanma və tibbi xidmətin olmaması səbəbindən ölüblər.

Median.Az
“Reuters” agentliyinə istinadla xəbər verir ki, bununla bağlı BMT-nin hesabatında məlumat verilib.

Uşaqların çoxu, daha doğrusu, 5,4 milyonu həyatlarının ilk beş ilində ölüblər, həmin uşaqların yarısı isə yeni doğulmuş olub.

“Adi yardım üsulları - dərmanların, təmiz suyun, vaksinasiyanın çatıdırılması ilə uşaq ölümlərin sayını kəskin şəkildə azaltmaq olar”, - UNİCEF-in eksperti Lourens Çendi deyib.

Əgər yaxın vaxtlarda təcili tədbirlər görülməsə, 2018-2030-cu illər ərzində beş yaşdan aşağı 56 milyon uşaq ölə bilər.

Yaşı beşdən aşağı olaraq ölən uşaqların yarısı Afrika ölkələrində qeydə alınır ki, burada hər 13-cü uşaq dünyasını dəyişir.

Bu ölümlərin sayını kifayət qədər azaltmaq olar. Afrikada uşaqların əksəriyyəti doğum zamanı, pnevmaniya, malyariya və digər xəstəliklərdən ölürlər.

Bununla yanaşı, BMT-nin hesabatında bildirilib ki, uşaq ölümləri ilbəil azalır. Belə ki, yaşı beşdən aşağı olan uşaqlar arasında ölüm halları 1990-cı ildə 12,6 milyon idisə, 2017-ci ildə bu rəqəm 5,4 milyon olub.скачать dle 11.3

Son xəbərlər