Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Gələn ilin sonuna qədər daha 6 milyon uşaq təhsildən məhrum ola bilər

03.09.2025 19:52 963
Gələn ilin sonuna qədər daha 6 milyon uşaq təhsildən məhrum ola bilər
2026-cı ilin sonuna qədər məktəbə getməyən uşaqların sayı təxminən 6 milyon artaraq 278 milyona çata bilər.

Bu barədə BMT-nin Uşaq Fondunun (UNİSEF) araşdırmasında qeyd olunur.

Təşkilatın dərc etdiyi təhlilə əsasən, bunun əsas səbəbi təhsil üçün ayrılan yardımın 2023-cü illə müqayisədə 3,2 milyard dollar və ya 24 faiz azalmasıdır.

Ən böyük zərbə Qərbi və Mərkəzi Afrika ölkələrinə dəyəcək - burada 1,9 milyon uşaq təhsilsiz qalmaq riski ilə üzləşir.

Yaxın Şərq və Şimali Afrikada daha 1,4 milyon uşaq məktəbdən kənarda qala bilər.

Təhsil üçün ayrılan yardımın əhəmiyyətli hissəsini itirəcək ölkələr arasında Kot-d'İvuar və Malinin adı çəkilir. Yardımın azalması bu ölkələrdə şagirdlərin sayının 4 faiz azalmasına səbəb ola bilər ki, bu da müvafiq olaraq 340 min və 180 min uşaq deməkdir.

Təşkilat beynəlxalq ictimaiyyəti təcili tədbirlər görməyə: ən az inkişaf etmiş ölkələrə ayrılan maliyyəni artırmağa, humanitar böhran şəraitində təhsil proqramlarını qorumağa çağırıb.скачать dle 11.3

Son xəbərlər