Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |    
Mojo.az Avto
Mojo.az Avto

Şamaxıda sürüşmə aktivləşib - FOTO - VİDEO

05.02.2019 19:19 1 920
Şamaxıda sürüşmə aktivləşib - FOTO - VİDEO
Torpaq sürüşməsi Şamaxı şəhərinin 48-ci məhəlləsində yenidən aktivləşib.

Median.Az
ARB TV-yə istinadən xəbər verir ki, sakinlər iddia edir ki, 100 metr uzunluğu 50 metr eni olan torpaq kütləsi evlərə doğru hərəkət edir.

Son günlər Şamaxıya yağan qar və yağışlardan sonra aktivləşən torpaq sürüşməsi səbəbindən evlərdə və yardımçı tikililərin divarlarında yenidən iri və xırda çatlar əmələ gəlib.

Qahir Həşimov - Sakin: "Sürüşmə davam edir, evlər çatlayıb hamısı. Yağışlar başlayan kimi davam edir".

Sürüşmə sahəsindəki bəzi evlərdə yaşamaq qeyri-mümkün hal alıb. Sakinlərin sözlərinə görə, torpaq sürüşməsi hər gün davam edir. Hektarlarla torpaq sahəsi yenidən sürüşməyə məruz qalıb, böyük yarğanlar və çökmələr əmələ gəlib, yeraltı qrunt suları üzə çıxıb. Sürüşmə ərazisindən geçən su borusunun qırılması nəticəsində ətrafa axan su ətrafa sürüşməni daha da aktivləşdirir. Sürüşmə məhəllədaxili yolların dağılmasına səbəb olub və nəticədə avtomobillərin gediş-gəlişində çətinliklər yaranıb.

Qeyd edək ki,torpaq sürüşməsi nəticəsində 48 A məhəlləsində 15 ev qəzalı vəziyyətə düşüb. Nəticədə 7 evin sakinləri müvəqqəti olaraq başqa ərazilərə köçmək məcburiyyətində qalıblar.

Son xəbərlər