Mojo.az — elanlar
Son Xəbərlər
14:32 Qordana Silyanovska-Davkova İlham Əliyevə zəng edib  |     14:22 Məktəblərdə aqressiyanın səbəbi təkcə sosial şəbəkələr deyil – Açıqlama  |     14:10 Xaricdən diri heyvan gətirmək adı ilə milyondan çox pul mənimsənildi  |     13:47 Təhlükəsizlik riski yaranarsa, turistlər nə etməlidir? – Ekspertdən tövsiyə  |     13:43 Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan edib - Siyahı  |     13:00 Masazırda 65 yaşlı kişi özündən 16 yaş kiçik sevgilisini döydü  |     12:43 Sabah üç rayon və bir şəhərdə qaz olmayacaq  |     12:27 Qaxda iki dost məktəbli qıza təcavüz etdi - Təfərrüat  |     12:19 Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırılıb  |     12:17 Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı - Foto  |     12:00 Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib  |     11:45 Bakının mərkəzindəki restoranda yanğın - Video  |     11:38 Donuz piyinin şəfa verdiyi doğrudurmu? — Vacib məqamlar  |     11:36 Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşıb  |     11:34 Vətən Müharibəsi Qəhrəmanına yüksək rütbə verildi  |     11:21 Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi başa çatdı - Video  |     11:16 Azərbaycanın bəzi ərazilərinə qar yağıb - Faktiki hava  |     23:16 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Foto  |     22:45 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:40 Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Şamaxıda torpaq sürüşməsi aktivləşdi: 7 ailə dağılan evini tərk etdi

04.04.2018 14:01 1 828
Şamaxıda torpaq sürüşməsi aktivləşdi: 7 ailə dağılan evini tərk etdi
Şamaxı şəhərində yenidən aktivləşən torpaq sürüşməsi evlərin qəzalı vəziyyətə düşməsinə səbəb olub.

APA xəbər verir ki, torpaq sürüşməsi əsasən Şamaxı şəhərinin 48-ci məhəlləsinin sakinlərini çətin duruma salıb. Son vaxtlar Şamaxıya yağan qar və yağışdan sonra yenidən aktivləşən torpaq sürüşməsi geniş ərazini əhatə edib, nəticədə evlərdə iri çatlar əmələ gəlib.

Sakinlərin sözlərinə görə, torpaq sürüşməsi hazırda davam edir və dağdan axıb gələn torpaq kütləsi evlərə doğru hərəkət edir. Uzunluğu 150 metr, eni 100 metr olan torpaq kütləsi bir gün ərzində 80 santimetr axın edərək evlərə yaxınlaşıb. Torpaq kütləsi məhəllədaxili yolların bağlanmasına, çardaq və hasarların uçmasına səbəb olub.

Hektarlarla torpaq sahəsi sürüşməyə məruz qalıb, böyük yarğanlar və çökmələr əmələ gəlib, yeraltı qrunt suları üzə çıxaraq ərazidə gölməçələr əmələ gəlib. Sürüşmə ərazisindən keçən su borusu da qırılaraq torpaq kütləsinin altında qalıb.

Sürüşmə qısa vaxtda tikililəri də əhatə edib. Həyətyanı sahələrin hasarları torpağın altında qalıb, evlərin və yardımçı tikililərin divarlarında iri çatlar əmələ gəlib. İki ailəyə məxsus yaşayış evi qəzalı vəziyyətə düşüb.

Sürüşmə ərazisində 15 fərdi yaşayış evi yerləşir. Artıq 7 ailənin üzvləri qəzalı vəziyyətə düşən evini tərk etmək məcburiyyətində qalaraq başa yerlərə köçüb. Hazırda 8 ailə torpaq uçqununun baş verdiyi təhlükəli ərazidə yaşayır.

Son xəbərlər