Mojo.az Banner
SON DƏQİQƏ
15:14 Ramiz Mehdiyevin hansı təltifləri alınacaq? - Siyahı  |     15:05 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  |     14:42 Biləsuvarda dəhşətli qəza: İki ölü, üç yaralı var  |     14:31 Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb  |     14:14 Gənc oğlan binadan yıxılıb öldü  |     14:02 Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq  |     14:01 İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı  |     13:36 Azərbaycan nefti ucuzlaşdı: Son qiymət  |     13:33 Bakıda turistə təbii kürü adı ilə süni məhsul satılıb? - Video  |     12:57 Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı  |     22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |    
Mojo.az Avto
Mojo.az Avto

Yardımlıda azyaşlıya qarşı cinsi zorakılıq faktı ilə bağlı dörd nəfər HƏBS EDİLDİ (YENİLƏNİB)

09.04.2025 13:02 759
Yardımlıda azyaşlıya qarşı cinsi zorakılıq faktı ilə bağlı dörd nəfər HƏBS EDİLDİ (YENİLƏNİB)
"Yardımlıda cinsi zorakılığa məruz qalan azyaşlı qıza və qardaşına qəyyum təyin edilib".

Bunu oxu.az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin əməkdaşı Şəbnəm Cəfərova deyib.

O qeyd edib ki, hər iki azyaşlı Bakıdakı sığınacaqlardan birinə yerləşdiriləcək:

"Hazırda baş vermiş hadisə ilə bağlı istintaq tədbirləri həyata keçirilir. Hər iki uşaq yetkinlik yaşına çatmayıb. Cinsi zorakılığa məruz qalan yalnız qız uşağıdır. Buna baxmayaraq, azyaşlı olduğundan hər iki uşağa qəyyum təyin edilib. Azyaşlının anası və ögey atası təqsirləndirilən şəxslər sırasındadır. Uşaqların bioloji atası isə həyatda deyil".

* * * * *

Yardımlıda azyaşlıya qarşı cinsi zorakılıq və fahişəliyə cəlb edilmə faktı qeydə alınıb.


Bu barədə Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb.

O bildirib ki, Yardımlı rayonunda 8-ci sinif şagirdinə qarşı cinsi zorakılıq və fahişəliyə cəlb edilmə faktı ilə bağlı Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən dörd nəfər həbs edilib.

Həmçinin azyaşlının anasına isə Cinayət Məcəlləsinin (CM) 171-ci maddəsinə əsasən cinayət işi açılıb. Digər şübhəli şəxslərlə bağlı da istintaq işi aparılır:

"Azyaşlı reabilitasiyaya cəlb ediləcək, sığınacağa yerləşdiriləcək".

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran Regional Qrupundan Oxu.Az-a bildirilib ki, faktla bağlı açılan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.скачать dle 11.3

Son xəbərlər