Mojo.az Banner
19:55 50 yaşadək insanlarda xərçəng halları kəskin artır - Səbəblər açıqlandı  |     19:50 Ötən yay Azərbaycanda son 10 ilin ən isti fəsillərindən olub  |     19:43 Sabah Naxçıvanın bəzi ərazilərində işıq olmayacaq  |     19:37 Lerikdə Hamarmeşə–Bibiyani yolu yenidən qurulur  |     19:30 Oğuzda uşaq üstündə bir-birini döyən ər-arvad cərimələndi  |     19:25 Sabah Azərbaycanda intensiv yağış yağacaq  |     19:16 Keçmiş məhkumlardan 19 kiloqram narkotik aşkarlandı  |     19:11 "Xəzər Lizinq" MMC-dən şikayət - VİDEO  |     19:04 Azərbaycanda pensiyalar belə artırılacaq - Yeni qayda  |     18:59 Qubada kişi hamamda qazdan boğulub öldü  |     18:53 Ayaqqabıya görə döyülən qadın ərini bağışladı, məhkəmə əfv etmədi  |     18:45 Çindən maşın gətirməyin qaydası dəyişir  |     18:36 Bulvarda 630 minlik "Lamborghini" ilə drift edilib? - Hacı Həsənli ilə bağlı qərar verildi  |     18:23 Hazırda bu yollarda sıxlıq var - SİYAHI  |     18:10 Qara dənizdə həlak olan azərbaycanlı gəmi kapitanının FOTOSU  |     18:03 Azərbaycanda ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğluna nişanladı  |     18:03 Xaçmazda qəza: Maşın məktəbli qardaşları vurdu  |     18:02 Azərbaycan və Birləşmiş Krallığın hökumətləri arasında mühüm sənədlər imzalandı  |     17:44 Bakının böyük ərazisi və Abşeronun bir hissəsində su kəsiləcək  |     17:22 12 azərbaycanlı dənizdə çarəsiz qalıb: "Hər saniyəmiz ölümdür" - Video  |    
Mojo.az Avto
Mojo.az Avto

Pedofillər məcburi dövlət genom qeydiyyatından keçirilməli şəxslər sırasına daxil ediliblər - RƏSMİ

17.05.2024 12:20 1 500
Pedofillər məcburi dövlət genom qeydiyyatından keçirilməli şəxslər sırasına daxil ediliblər - RƏSMİ
Uşaqlara qarşı cinsi istismar törədənlər (pedofiliya) məcburi dövlət genom qeydiyyatından keçirilməli şəxslər sırasına daxil ediliblər.

“Report”un xəbərinə görə, bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında əksini tapıb.

Belə ki, ötən il, həmçinin “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının tətbiqi ilə bağlı Əmək, Ailə, Cinayət-Prosessual və Cinayət məcəllələrinə, “Uşaq hüquqları”, “Vəkillər və vəkillik fəaliyyəti”, “Təhsil”, “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” və s. qanunlarda dəyişikliklər edilib:

“Şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə törədilən bəzi cinayətlərin (zorlama, seksual xarakterli zorakılıq hərəkətləri) yetkinlik yaşına çatmayanlara qarşı törədilməsi ağırlaşdırıcı hal kimi müəyyən edilib, uşaqların cinsi istismarı ilə bağlı bir sıra cinayətlərə görə cəzalar sərtləşdirilib. Altı yaşına çatmayanları ictimai mənəviyyata zidd əməllərə cəlbetmə də cinayət tərkibinin əlaməti kimi müəyyənləşdirilib, qanunvericiliyə seksual xarakterli məqsədlərlə uşaqların təqib edilməsinə görə cinayət məsuliyyətini nəzərdə tutan müddəalar əlavə edilib”, - məlumatda əksini tapıb.

Sənəddə qeyd edilib ki, uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayət törətməkdə şübhəli bilinən, təqsirləndirilən və ya belə cinayətə görə məhkum olunmuş şəxslər məcburi dövlət genom qeydiyyatından keçirilməli şəxslər sırasına daxil ediliblər”, - məlumatda vurğulanıb.скачать dle 11.3
Mojo.az Banner