Mojo.az Banner
23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |     22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |     22:21 Tovuzda yaşayış binasını ildırım vurdu - Xəsarət alan var  |     22:12 "Flydubai" pilotu 11 sentyabr terrorunu təkrar etmək istəyib  |     22:07 Masazırda avtomobil yandı  |     21:59 İnterpol Ermənistanda əməliyyat keçirdi - Qarabağ müharibəsi ilə bağlı silahlar götürüldü  |     21:54 Qubada kişi otbiçən mişarla qadına hücum edib - Təfərrüat  |     21:46 Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi  |     21:41 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı  |     21:27 Naxçıvanda suyun verilişində fasilə yaranacaq  |     21:19 Süni intellekt artıq hüquqlara malikdir: Təhqir qadağan edildi  |     21:13 Super El-Nino yarım milyona yaxın insanın ölümünə səbəb ola bilər  |     21:08 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi  |     21:05 "Bigo Live"da qadını və ailəsini təhqir etdi -15 gün həbs olundu  |     21:00 Kafe, dərzi sexi və mağazadan oğurluq edən şəxsə hökm oxundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Yardımlıda fahişəliyə cəlb edilən azyaşlının ATALIĞI HƏBS OLUNDU

10.04.2025 16:47 795
Yardımlıda fahişəliyə cəlb edilən azyaşlının ATALIĞI HƏBS OLUNDU
Yardımlı rayonunda məktəbli qıza qarşı cinsi zorakılıq və fahişəliyə cəlb etmə cinayətinə görə aparılan istintaq çərçivəsində qızın anası da daxil olmaqla dörd nəfər həbs olunub.

"Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə oxu.az-a açıqlamasında bildirib ki, həbs olunanlar arasında qızın ögey atası da var.

"Bu, çox acınacaqlı və ürəkağrıdıcı məsələdir. Cinsi zorakılığa məruz qalan tək qızın özü deyil. Onun 11 yaşlı qardaşına qarşı da zorakılıq edilib. Uşaqlar hazırda Yardımlı Rayon İcra Hakimiyyətinin nəzarətindədilər, onlara qəyyum təyin olunub, amma bu günə-sabaha uşaqları sığınacağa yerləşdirəcəyik, ondan sonra isə reabilitasiya işlərinə başlanacaq.

Qeyd edim ki, əslində bu məsələ təsəvvür edildiyindən daha ciddi məsələdir və heç də dörd nəfərin həbsi ilə yekunlaşacaq məsələ deyil. Bu işin içində adı hallanan digər şəxslər də var ki, onların da həbsi qaçılmaz olacaq. Hazırda istintaq getdiyi üçün bəzi məsələləri səsləndirmək mümkün deyil, amma inanıram ki, istintaq bu işə lazımi aydınlığı gətirəcək və bu vəhşiliyi törədənlər cəzalarına çatacaqlar", - deyə birlik sədri bildirib.скачать dle 11.3
Mojo.az Banner