Mojo.az Banner
23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |     22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |     22:21 Tovuzda yaşayış binasını ildırım vurdu - Xəsarət alan var  |     22:12 "Flydubai" pilotu 11 sentyabr terrorunu təkrar etmək istəyib  |     22:07 Masazırda avtomobil yandı  |     21:59 İnterpol Ermənistanda əməliyyat keçirdi - Qarabağ müharibəsi ilə bağlı silahlar götürüldü  |     21:54 Qubada kişi otbiçən mişarla qadına hücum edib - Təfərrüat  |     21:46 Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi  |     21:41 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı  |     21:27 Naxçıvanda suyun verilişində fasilə yaranacaq  |     21:19 Süni intellekt artıq hüquqlara malikdir: Təhqir qadağan edildi  |     21:13 Super El-Nino yarım milyona yaxın insanın ölümünə səbəb ola bilər  |     21:08 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi  |     21:05 "Bigo Live"da qadını və ailəsini təhqir etdi -15 gün həbs olundu  |     21:00 Kafe, dərzi sexi və mağazadan oğurluq edən şəxsə hökm oxundu  |    
Mojo.az Avto
Mojo.az Avto

7 yaşlı qızın döyülməsi araşdırılır - Rəsmi açıqlama

19.04.2021 12:45 1 545
7 yaşlı qızın döyülməsi araşdırılır - Rəsmi açıqlama
Bakıda 7 yaşlı qızın atalığı və anası tərəfindən döyülməsi iddiaları ilə bağlı araşdırmaya başlanılıb.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə “Qafqazinfo”ya açıqlamasında bildirib ki, ona uşağın döyülməsi ilə bağlı məlumatı Xətai rayonu UPD Keşlə qəsəbəsində yaşayan ailənin qonşuları məlumat veriblər: “7 yaşlı qızın anası ilə atası ayrılıb, böyük övlad doğma atası ilə yaşayır. Bu qız isə anası ilə qalır və anası ailə qurub. Qonşular bildirir ki, artıq neçə aydır atalığı və anası 7 yaşlı uşağı döyür, şiddətə məruz qoyur. Bunu da ətrafda hamı bilib və heç bir addım atan olmayıb”.

K.Ağazadə bildirir ki, ona məlumat veriləndən sonra qonşuları sahə müvəkkilinə yönləndirib: “Polis əməkdaşı uşağın izahatını alıb və deyilənləri uşaq təsdiq edib. Daha sonra iş 37-ci Polis Bölməsində təhqiqata verilib. İşi aparan Aqil müəllim əvvəlcə mənə dedi ki, qonşular yalan danışır, heç bir döyülmə halı olmayıb. Məsələ ictimailəşdikdən sonra iş təhqiqatdan alınıb istintaqa verilib. Uşaq dərhal ailədən uzaqlaşdırılmalıdır”.

Birlik sədri qeyd edib ki, onun müraciətləri əsasında Xətai rayon İcra Hakimiyyəti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də məsələ ilə bağlı araşdırma aparır.

DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, müraciət əsasında araşdırma aparılır: “Araşdırmanın nəticəsi ilə bağlı əlavə məlumat veriləcək”.скачать dle 11.3
Mojo.az Banner