Süni intellekt təhsili dəyişir – Dərs müddəti qısaldıla bilər
Azərbaycanda məktəblərdə dərs müddətinin dəyişdirilməsi ilə bağlı hər hansı yenilik gözlənilirmi? Müasir dövrdə şagirdlərin ehtiyacları və texnologiyanın təhsilə təsiri nəzərə alınaraq dərs saatlarının təşkili necə təkmilləşdirilə bilər?
Təhsil eksperti Elçin Əfəndi mövzu ilə bağlı Median.Az-a bildirib ki, ölkəmizdə dərs müddətinin dəyişdirilməsi ilə bağlı hazırda hər hansı yenilik gözlənilmir:
“Qarşıdakı dövrdə dərs saatlarını tətbiq edərkən 40 dəqiqəlik rejim sisteminə keçid edək. Beynəlxalq standartlara və şagirdlərin yaddaş tutumuna, eləcə də informasiyanın qavranılma xüsusiyyətlərinə görə dərsin təxminən 40 dəqiqə olması daha məqsədəuyğun hesab olunur. Bu sistemə keçid etdikdə digər vaxtların da daha düzgün tənzimlənməsini həyata keçirmək mümkün ola bilər. Müasir dövrdə şagirdlərin ehtiyacları və texnologiyanın təhsilə təsiri də nəzərə alınmalıdır. Xüsusilə süni intellektin yaratdığı imkanları ümumi tədris prosesinə tətbiq etdikcə, qısa müddətli dərs formatına keçidi təmin etmək vacibdir. Belə bir qərar qəbul edilərsə, qısa müddətli dərs rejiminə keçid gündəlik tədris prosesinin və ümumi rejimin daha asan tənzimlənməsinə imkan verə bilər”.
Aysel