Mojo.az Banner
12:52 Bakıda məktəbin qarşısında dəhşət: 18 yaşlı gənc öldürüldü  |     12:27 Azərbaycanda bir kəndi su basıb  |     12:10 Ramiz Mehdiyevin ittihamı oxunacaq - Bu gün məhkəməsidir  |     12:06 “Vahid forma hamı üçün əsas şərt olmalıdır” – Hicab məsələsinə ilahiyyatçıdan MÖVQE  |     11:53 Bu şəxslər cinayət məsuliyyətinə cəlb olunacaqlar  |     11:16 Bu şəxslər 2000 manatadək cərimələnə bilərlər  |     11:14 Məktəblərdə "saat savaşı" — Dərs bölgüsü hansı prinsiplərlə aparılmalıdır?  |     23:01 Problemli kreditlərin həcmi artır - Səbəb nədir? (VİDEO)  |     22:55 Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO  |     22:48 Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu  |     22:43 Vasif Talıbovun yaxın adamının 12 illik fəaliyyəti yoxlanılır  |     22:34 "Turan Tovuz" "Fənərbağçaya məğlub oldu  |     22:29 Gəncədə bədbəxt hadisə: Bacı-qardaş xəstəxanaya yerləşdirildilər  |     22:21 Paytaxtın bəzi ərazilərində işıq olmayacaq  |     22:16 Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı  |     22:10 Sürücülərə xəbərdarlıq: Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:02 Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - Açıqlama  |     21:56 Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı  |     21:48 Ağdaşda evdə yanğın - Ana və oğulları ilə bağlı təfərrüat  |     21:40 Bakıda ən ucuz evlər bu ərazidədir  |    
Mojo.az Avto
Mojo.az Avto

Məktəblərdə "saat savaşı" — Dərs bölgüsü hansı prinsiplərlə aparılmalıdır?

05.10.2026 11:14 216
Məktəblərdə
Ağstafada müəllimlərin dərs bölgüsü üstündə əlbəyaxa olması məktəblərdə dərs bölgüsü və müəllimlər arasında münasibətlərlə bağlı müzakirələri yenidən gündəmə gətirib. Hadisənin konkret səbəbləri araşdırma predmetidir. Lakin cəmiyyətdə məktəblərdə dərs saatlarının bölüşdürülməsi, qiymətləndirmə və xüsusilə yuxarı siniflərdə təhsil prosesinin təşkili ilə bağlı müxtəlif narazılıqlar səsləndirilir.

Bəzi hallarda müəllimlər arasında dərs saatlarının bölgüsünün ədalətsiz aparıldığı, müəyyən fənlər üzrə dərs saatlarının satın alındığı və repetitorluğun təhsil prosesinə təsiri barədə də iddialar ortaya çıxır. Xüsusilə 9–11-ci siniflərdə buraxılış və qəbul imtahanlarına hazırlıq fonunda bu məsələlər daha da aktuallaşır.
Bəs məktəblərdə dərs bölgüsü hansı prinsiplərlə aparılmalıdır? Müəllimlər arasında belə konfliktlərin yaranmasının əsas səbəbləri nələrdir və təhsil müəssisələrində şəffaflığı təmin etmək üçün hansı mexanizmlər gücləndirilməlidir?
Məsələ ilə bağlı Median.Az-ın suallarını cavablandıran tarixçi, təhsil üzrə ekspert Şəmsi Qoca bildirib:

"Məktəblərdə dərs saatlarının bölüşdürülməsi həm müəllimlərin maddi rifahına, həm də təlimin keyfiyyətinə doğrudan da təsir edən kəskin bir məsələdir. Əslində bu bölgü sertifikasiya və MİQ imtahanlarının nəticələri, pedaqoji staj, şagirdlərin akademik göstəriciləri kimi obyektiv meyarlar əsasında aparılmalı, ilk növbədə hər bir müəllimin minimum normativ yükü təmin edilməlidir".

Şəmsi Qocanın fikrincə, praktiki müstəvidə əməkhaqqının birbaşa tədris olunan saatın miqdarından asılı olması müəllimlər arasında ciddi rəqabət yaradır. Buna rəhbərliyin subyektiv qərarları, xüsusən 9–11-ci siniflərdə dərs deməyin repetitorluq üçün gəlirli şagird bazası qazandırması və bəzi məktəblərdəki kadr sıxlığı da əlavə olunduqda, gərginlik və münaqişələr qaçılmaz olur.
Mütəxəssisin sözlərinə görə, bu sahədə şəffaflığı bərpa etmək üçün dərs bölgüsü prosesini insan amilindən çıxarıb mərkəzləşdirilmiş elektron sistemlər üzərindən avtomatlaşdırmaq, layihələri Pedaqoji Şurada kollektiv şəkildə müzakirə etmək, şikayətlərə operativ baxmaq və gələcəkdə saathesabı ödənişdən sabit həftəlik iş saatı və maaş modelinə keçmək vacibdir.
Dəniz Pənahova
Median.Az
скачать dle 11.3
Mojo.az Banner