Saatlıda ekoloji cinayət: Qanunsuz balıq ovlayan şəxs 260 saat ictimai işlərə cəlb edildi
Saatlı rayonunda balıqovlama bileti olmadan qanunsuz balıq tutan şəxs barəsində məhkəmə hökmü çıxarılıb.
Qaynarinfo xəbər verir ki, hadisə Saatlı rayonunun Naharlı kəndi ərazisindən keçən Baş Mil-Muğan kollektorunda baş verib.
Məhkəmə hökmünə əsasən, Hacıqasımlı kənd sakini balıq tutmaq məqsədilə səhər saatlarında kollektorun sahilinə gəlib. O, kustar üsulla kəndir ipdən hazırlanmış tor vasitəsilə 47 ədəd çəki balığı ovlayıb.
Həmin vaxt ərazidə ekoloji cinayətlərin qarşısının alınması məqsədilə tədbir keçirən əməkdaşlar onu saxlayıblar. Yoxlama zamanı şəxsdən 47 ədəd çəki balığı və bir ədəd kustar üsulla hazırlanmış kəndir tor götürülüb.
Məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxs balıqovlama bileti olmadığını və balıqları təkbaşına tutduğunu etiraf edib. O, törətdiyi əməldən peşman olduğunu da bildirib.
Araşdırma nəticəsində qanunsuz ovlanan balıqların dövlətin balıq ehtiyatlarına vurduğu ziyanın 1034 manat olduğu müəyyən edilib. Məhkəmə bu məbləğin təqsirləndirilən şəxsdən tutularaq aidiyyəti quruma ödənilməsi barədə qərar verib.
Saatlı Rayon Məhkəməsi Cinayət Məcəlləsinin 256.1-ci maddəsi (balıq və digər su bioresurslarının qanunsuz tutulması nəticəsində xeyli miqdarda ziyan vurulması) ilə şəxsi təqsirli bilib. Məhkəmə onun himayəsində üç azyaşlı uşağının olmasını, əməlini etiraf edərək peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alıb.
Nəticədə təqsirləndirilən şəxsə 260 saat ictimai işlər cəzası təyin edilib. O, həmçinin ictimai işlərin yerinə yetirildiyi müddətdə elektron nəzarət vasitəsi daşımalı və onun işlək vəziyyətdə saxlanılmasını təmin etməlidir.