Avtomobil sahiblərini ciddi dəyişikliklər gözləyir: Köhnə maşınlara məhdudiyyət GƏLİR
Azərbaycanda daxili yanma mühərrikli minik avtomobillərinin mərhələli şəkildə istifadədən çıxarılması və 2060-cı ilədək bütün sərnişin avtomobillərinin elektrik və digər alternativ enerji mənbələrinə keçirilməsi hədəflənir. Bu prosesin ilkin mərhələsində, 2035-ci ilədək ekoloji standartlara cavab verməyən avtomobillərin yenilənməsi və elektromobillərin təşviqi nəzərdə tutulur. Lakin belə bir keçidin həyata keçirilməsi avtomobil sahibləri üçün əlavə xərclər, infrastrukturun inkişafı və mövcud avtomobil parkının yenilənməsi ilə bağlı bir sıra suallar yaradır.
Bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc Median.Az-a açıqlamasında deyib ki, daxili yanma mühərrikli avtomobillərdən imtina prosesinin bir neçə il ərzində baş verməsi real görünmür:
Bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc Median.Az-a açıqlamasında deyib ki, daxili yanma mühərrikli avtomobillərdən imtina prosesinin bir neçə il ərzində baş verməsi real görünmür:
“Bunun üçün uzun müddət tələb olunur. Hədəf tarix kimi 2060-cı ilin müəyyənləşdirilməsi də prosesin 30 ildən artıq vaxt aparacağının nəzərə alındığını göstərir. Ekoloji standartlara cavab verməyən və atmosferə daha çox zərərli qaz buraxan avtomobillərə qarşı müəyyən məhdudiyyətlər tətbiq oluna bilər. Bu, ölkə ərazisinə girişin məhdudlaşdırılmasından tutmuş, avtomobillərin istifadəsinə görə vergi mexanizmlərinin tətbiqinə qədər müxtəlif formalarda həyata keçirilə bilər. Eyni zamanda, ekoloji tələblərə cavab verməyən avtomobillərin istifadə müddətinə məhdudiyyət qoyulması da mümkündür. Məsələn, bəzi ölkələrdə belə avtomobillərin həftənin müəyyən günlərində istifadəsinə icazə verilir. Bununla yanaşı, alternativ enerji ilə işləyən avtomobillərin ekoloji üstünlükləri barədə maarifləndirmə işləri gücləndirilməlidir. Bu nəqliyyat vasitələrinin həm istifadəçilər, həm də ətraf mühit üçün faydaları cəmiyyətə düzgün çatdırılmalıdır. Burada söhbət avtomobillərin dövlət tərəfindən müsadirə edilməsindən getmir. Əsas məqsəd alternativ enerji ilə işləyən avtomobillərin təşviq olunması və onların daha əlverişli seçimə çevrilməsidir. Bu proses inzibati məhdudiyyətlərdən daha çox maarifləndirmə və təşviq mexanizmləri vasitəsilə həyata keçirilə bilər”.
O qeyd edib ki, avtomobil sahibləri üçün məcburi tələblərin müəyyənləşdirilməsinə gəlincə, belə tələblər, təbii ki, tətbiq oluna bilər:“Lakin bunun üçün müvafiq qanunvericilik dəyişiklikləri edilməlidir. Hazırda qüvvədə olan qanunvericilik avtomobillərin ekoloji göstəricilərinə görə bu cür məcburi məhdudiyyətlərin tətbiqini tələb etmir. Hər bir vətəndaşın qanunla qadağan edilməyən avtomobili almaq və idarə etmək hüququ var. Avtomobil seçimi də vətəndaşın hüquqlarından biridir. Bununla belə, müəyyən təşviq proqramları, mərhələli məhdudiyyətlər və ekoloji standartlar tətbiq edilə bilər. Gələcəkdə müəyyən edilmiş ekoloji tələblərə cavab verməyən avtomobillərin bazardan tədricən çıxarılması da nəzərdən keçirilə bilər. Enerji doldurma infrastrukturunun hazırkı vəziyyətinə gəlincə, ölkəmizdə bu istiqamətdə işlər hələ ilkin mərhələdədir. Hazırda şəhərlərdə, yaşayış binalarında və müxtəlif ərazilərdə enerji doldurma məntəqələrinin sayı kifayət qədər deyil. Bu da elektromobillərdən istifadə zamanı müəyyən çətinliklər yaradır. Gələcəkdə enerji doldurma məntəqələrinin sayının artırılması əsas şərtlərdən biridir. Eyni zamanda, yaşayış binalarında enerji doldurma qurğularının quraşdırılması xərclərinin azaldılması da bu infrastrukturun genişlənməsinə kömək edə bilər. Beləliklə, elektromobillər üçün zəruri infrastrukturun formalaşdırılması nəqliyyat sistemində yeni mərhələnin başlanmasına şərait yarada bilər.
Əhalinin alıcılıq qabiliyyətinin elektromobillərə keçid üçün kifayət edib-etməməsinə gəldikdə isə, ilk növbədə məsələyə sosial baxımdan yanaşmaq lazımdır. Bunun üçün kredit və lizinq imkanları genişləndirilməli, ikinci əl elektromobillərin də kreditlə alınmasına şərait yaradılmalıdır. Bundan başqa, 2026-cı ildə ləğv edilən elektromobil güzəştlərinin bərpası və yeni təşviq proqramlarının hazırlanması da nəzərdən keçirilə bilər”.
O sonda qeyd edib ki, atmosfer havasının qorunması məqsədilə ekoloji maarifləndirmə gücləndirilməli və müvafiq ekoloji tələblər müəyyənləşdirilməlidir:Əhalinin alıcılıq qabiliyyətinin elektromobillərə keçid üçün kifayət edib-etməməsinə gəldikdə isə, ilk növbədə məsələyə sosial baxımdan yanaşmaq lazımdır. Bunun üçün kredit və lizinq imkanları genişləndirilməli, ikinci əl elektromobillərin də kreditlə alınmasına şərait yaradılmalıdır. Bundan başqa, 2026-cı ildə ləğv edilən elektromobil güzəştlərinin bərpası və yeni təşviq proqramlarının hazırlanması da nəzərdən keçirilə bilər”.
“Bu tədbirlər vasitəsilə inzibati məcburiyyətə üstünlük vermədən əhalini elektromobillərə keçidə təşviq etmək mümkündür. 2060-cı ilə qədər yalnız avtomobil sənayesində deyil, bütövlükdə ölkədə ESG prinsiplərinin tətbiqi, ekoloji təmizliyin təmin olunması və təbiətin qorunması istiqamətində müxtəlif tədbirlər həyata keçiriləcək. Bununla paralel olaraq, elektromobillərin əhali üçün əlçatanlığı məsələsi də həll edilməlidir. Yalnız bu halda istehlakçı bazarını genişləndirmək və alternativ enerji ilə işləyən nəqliyyat vasitələrinin dayanıqlı inkişafına nail olmaq mümkün olacaq”.
