Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:03 Mərdəkanda köşkdə 7400 manatlıq aksizsiz siqaret aşkarlandı | 16:00 Bursada xanımını 146 qayçı zərbəsi ilə öldürən Azərbaycan vətəndaşına ömürlük həbs tələbi | 15:45 Avtomobil sahiblərini ciddi dəyişikliklər gözləyir: Köhnə maşınlara məhdudiyyət GƏLİR | 15:31 İlham Əliyev Edqars Rinkeviçsə məktub göndərdi | 15:25 Oğuzda avtoxuliqanlıq edən sürücü həbs olunub | 15:14 Azərbaycan Prezidenti Oman Sultanını təbrik etdi | 15:04 Leyla Əliyeva "Yaradıcılıqla üz-üzə" adlı konsertdən paylaşım edib - FOTO | 15:01 "Boşanıram" deyən arvadını döydü, uşaqlarını öldürməklə hədələdi: Cərimələndi | 14:28 Sabah 21 dərəcə isti olacaq - Proqnoz | 14:24 Sumqayıt bulvarında 20 yaşlı oğlan dənizdə batıb - VİDEO | 14:12 "Range Rover" gətirəcəyəm" deyib 261 min manatdan çox pul aldı - Bakıda dələduzluq | 14:00 Taksi sürücüləri üçün vergi qaydası dəyişir | 13:58 Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv olunur | 13:55 Əlilliyə görə pensiya alanların sayı 128 mindən çox azalıb: Beş ilin rəqəmləri | 13:52 Turistlər Bakıya təkrar-təkrar gəlir, bölgələrə isə üz tutmurlar – SƏBƏB | 13:49 Qəbələdə kuryoz olay: Həmkəndlisinin qulağını dişləyib qopardı | 13:39 Xalq artistinin oğlu nazirlikdəki vəzifəsindən azad edildi | 13:33 Alyona Əliyeva "Rezonans və İrs" adlı konsert proqramından paylaşım edib - Foto | 13:31 Xaricdə təhsil adı ilə hərbi xidmətdən yayınma – Saxta sənədlər aşkarlanır | 13:13 Gəlinlərinin üstünə yataq otağında benzin tökdü, atasını bıçaqladı - Abşerondakı qətlin təfərrüatı |
Mojo.az Avto
Mojo.az Avto

Bursada xanımını 146 qayçı zərbəsi ilə öldürən Azərbaycan vətəndaşına ömürlük həbs tələbi

18.11.2026 16:00 45
Bursada xanımını 146 qayçı zərbəsi ilə öldürən Azərbaycan vətəndaşına ömürlük həbs tələbi
Türkiyənin Bursa şəhərində dini nikahla yaşadığı, iki övladının anası olan 20 yaşlı Arzu Xəlilovanı 146 qayçı zərbəsi ilə qətlə yetirməkdə təqsirləndirilən 28 yaşlı Azərbaycan vətəndaşı Mehmet Salicana ömürlük həbs cəzası istənilib.

Bu barədə "Demirören" agentliyi məlumat yayıb.

Hadisə 2025-ci il noyabrın 3-də Bursanın Yıldırım rayonunda baş verib. Arzu Xəlilova və Salican Mehmet arasında başlayan mübahisə davaya çevrilib. Mehmet 4 və 1 yaşlı iki qızının anası olan A.Xəlilovaya qayçı ilə hücum edib. Salican Mehmetin alt mərtəbədə yaşayan və səsləri eşidərək yuxarı qalxan anası F.M. Arzu Xəlilovanın yerdə hərəkətsiz uzandığını görərək bu barədə əri İ.M-ə xəbər verib. İ.M-nin məlumatı əsasında hadisə yerinə polis və tibb qrupları cəlb olunub. S.Mehmet saxlanılıb, yaralı halda xəstəxanaya aparılan A.Xəlilovanın həyatını xilas etmək mümkün olmayıb.

Ekspertiza zamanı A.Xəlilovanın bədəninin müxtəlif nahiyələrində 146 qayçı yarası aşkar edilib ki, bunlardan 72-sinin ayrı-ayrılıqda ölümcül olduğu müəyyənləşib.

Polisə ifadəsində Arzu Xəlilova ilə 4 ildir dini nikahla birlikdə yaşadıqlarını bildirən Mehmet psixoloji problemlərinin olduğunu və müalicə aldığını iddia edib:

"Son bir neçə aydır ki, məndə ruhi sıxıntılar yaranmağa başlamışdı. Təxminən 2 ay əvvəl Bursada xəstəxanaya yerləşdirildim. Orada 21 gün müalicə alıb evə buraxıldım. Xəstəxanadan çıxanda mənə gündə üç dəfə qəbul etmək üçün dərman yazıldı. Bir müddət həmin dərmanları qəbul etdim. Bu vaxt ərzində həyat yoldaşımla aramızda davalar olurdu, bir-birimizi vururduq, lakin heç vaxt şikayətçi olmamışdıq. Yoldaşımla mübahisə edəndə bəzən gözüm dönür və nə etdiyimi bilmirdim. Ancaq aramızda çox ciddi bir problem yox idi".

O, ifadəsində hadisədən bir gün əvvəl kiçik qızlarının ağlaması səbəbindən həyat yoldaşı ilə mübahisə etdiklərini və bir-birinə əl qaldırdıqlarını bildirib:

"Hadisə günü böyük qızım nənəsigilə getmişdi. Körpəmiz isə evdə idi. Yoldaşım paltarları yığırdı. Mənə dedi ki, uşağa bax. Mən də söylədim ki, baxıram. O, yenidən eyni sözü təkrar edəndə, dünəndən davalı olduğumuz üçün əsəbiləşdim. Həmin an yenə gözüm qaraldı. Sonra uşaq otağına keçdim. Uşağa baxdım və oradakı qayçını götürdüm. Geri qayıdaraq birbaşa yoldaşıma qayçı ilə hücum etməyə başladım. Ona dəfələrlə zərbə endirdim, lakin sayını xatırlamıram. O, yerə yıxıldı".

Mehmetin əvvəllər də "qəsdən xəsarət yetirmə", "istifadə üçün narkotik maddə saxlama" və "odlu silahlar haqqında qanunun pozulması" maddələri üzrə 8 dəfə məhkumluq tarixçəsi olduğu, həmçinin öldürdüyü Arzu Xəlilovaya qarşı vaxtı ilə törətdiyi əməlinə görə (yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqə cinayəti) üzrə barəsində iş açıldığı bəlli olub.

Mehmetin məhkəmə prosesi Bursada keçirilib. Məhkəmədə Arzu Xəlilovanın anası Zülfiyyə Xəlilova, təqsirləndirilən şəxsin atası İ.M və tərəflərin vəkilləri iştirak ediblər.

Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu və hadisə zamanı özündə olmadığını təkrar edərək azadlığa buraxılmasını istəyib. M.Salicanın müdafiə çıxışından sonra prokuror 146 qayçı zərbəsi ilə qətlin törədildiyini əsas gətirərək, təqsirləndirilən şəxsin "vəhşicəsinə hisslərlə qadını qəsdən adam öldürmə" ittihamı üzrə ömürlük həbs cəzasına məhkum olunmasını tələb edib. Bununla razılaşmadıqlarını bildirən təqsirləndirilən şəxsin vəkili İstanbul Məhkəmə Tibb Ekspertizasının rəyinə etiraz edərək yeni ekspertiza sənədinin hazırlanmasını və müdafiə üçün əlavə vaxt ayrılmasını istəyib. Məhkəmə heyəti vəkilin əlavə vaxt tələbini təmin edərək iclası təxirə salıb.

Son xəbərlər