Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:09 Azərbaycanda artıq ödənilmiş vergilərin geri qaytarılması sadələşdirilib | 16:03 Mərdəkanda köşkdə 7400 manatlıq aksizsiz siqaret aşkarlandı | 16:00 Bursada xanımını 146 qayçı zərbəsi ilə öldürən Azərbaycan vətəndaşına ömürlük həbs tələbi | 15:45 Avtomobil sahiblərini ciddi dəyişikliklər gözləyir: Köhnə maşınlara məhdudiyyət GƏLİR | 15:31 İlham Əliyev Edqars Rinkeviçsə məktub göndərdi | 15:25 Oğuzda avtoxuliqanlıq edən sürücü həbs olunub | 15:14 Azərbaycan Prezidenti Oman Sultanını təbrik etdi | 15:04 Leyla Əliyeva "Yaradıcılıqla üz-üzə" adlı konsertdən paylaşım edib - FOTO | 15:01 "Boşanıram" deyən arvadını döydü, uşaqlarını öldürməklə hədələdi: Cərimələndi | 14:28 Sabah 21 dərəcə isti olacaq - Proqnoz | 14:24 Sumqayıt bulvarında 20 yaşlı oğlan dənizdə batıb - VİDEO | 14:12 "Range Rover" gətirəcəyəm" deyib 261 min manatdan çox pul aldı - Bakıda dələduzluq | 14:00 Taksi sürücüləri üçün vergi qaydası dəyişir | 13:58 Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv olunur | 13:55 Əlilliyə görə pensiya alanların sayı 128 mindən çox azalıb: Beş ilin rəqəmləri | 13:52 Turistlər Bakıya təkrar-təkrar gəlir, bölgələrə isə üz tutmurlar – SƏBƏB | 13:49 Qəbələdə kuryoz olay: Həmkəndlisinin qulağını dişləyib qopardı | 13:39 Xalq artistinin oğlu nazirlikdəki vəzifəsindən azad edildi | 13:33 Alyona Əliyeva "Rezonans və İrs" adlı konsert proqramından paylaşım edib - Foto | 13:31 Xaricdə təhsil adı ilə hərbi xidmətdən yayınma – Saxta sənədlər aşkarlanır |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan 2026-cı ilədək elektrik avtobus parkını 1 100 vahidə qədər artıracaq

22.11.2025 22:10 888
Azərbaycan 2026-cı ilədək elektrik avtobus parkını 1 100 vahidə qədər artıracaq
Azərbaycanda 2025-ci ildə 500 elektrik mühərrikli avtobusun istismara verilməsi və 2026-cı ilədək onların sayının 1 100-ə qədər artırılması planlaşdırılır.

Bu barədə Median.Az Azərbaycanın yenilənmiş "Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr"inə (NDC 3.0) istinadən xəbər verir.

Gələcəkdə hər il əlavə 500 elektrik avtobusunun istismara buraxılması nəzərdə tutulur. Bunun dövlət operatoru olan "BakuBus" və özəl daşıyıcılar tərəfindən marşrut şəbəkəsi çərçivəsində həyata keçiriləcək.

Xatırladaq ki, 2024-cü ildə ölkədə 600 elektrik avtobusu istismara verilib.

Yerli istehsal hesabına elektrik avtobuslar parkını formalaşdırmaq üçün illik 500 avtobus buraxılış gücü olan "Azerbaijan Energy Automotive Factory" MMC Azərbaycan-Çin birgə müəssisəsi yaradılıb. İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Biznesinin İnkişafı Fondunun, "SARDA Group" və Çinin "BYD" şirkətinin təşəbbüsü ilə yaradılan müəssisə 2025-ci ilin sentyabr ayının sonunda fəaliyyətə başlayıb.

Bu ilin sonuna qədər zavod 300 elektrik avtobusu (200-ü Bakı, 60-ı Naxçıvan və 40-ı Qarabağ regionu üçün) istehsal etməyi planlaşdırır.

Hesabatda qeyd olunub ki, nəqliyyat sektoru ÜDM-in təxminən 6 %-ni təmin edərək ölkə iqtisadiyyatının mühüm bir hissəsini təşkil edir. Yol nəqliyyatında illik yanacaq istehlakı 2 704 kiloton (benzin, dizel, LNG/LPG, elektrik enerjisi) təşkil edir. 2022-ci ildə dəmir yolu, hava və dəniz nəqliyyatı birlikdə 220 kiloton dizel, aviasiya yanacağı və gəmi yağı istehlak edib.

NDC-yə görə, ölkənin nəqliyyat sektorunda iqtisadi inkişaf, əhali artımı və avtomobil parkının böyüməsi nəticəsində emissiyaların əhəmiyyətli şəkildə artması müşahidə olunub. 2022-ci ildə bu, bütün istixana qazı emissiyalarının 13 %-ni təşkil edirdi ki, bunun 92 %-i avtomobil nəqliyyatı (əsasən benzin və dizel istifadəsi səbəbindən), 5 %-i aviasiya, 2 %-i dəniz nəqliyyatı, 1 %-i dəmir yollarının payına düşüb.

Bundan əlavə, hesabatda nəqliyyatda enerji keçidinin üç əsas vəzifəsi müəyyən edilib. Buraya nəqliyyat vasitələrinin ümumi yürüşünün azaldılması; effektivliyin artırılması və "təmiz yanacaq növləri"nə keçid hesabına kilometr başına emissiyaların azaldılması; ictimai nəqliyyatın və yeni mobillik həllərinin inkişafı vasitəsilə modal dəyişikliyə nail olmaq daxildir.

"Əsas məqsəd ictimai nəqliyyatın, mikromobilliyin inkişafı və daxili yanma mühərriklərindən tədricən imtina edilməsi yolu ilə şəhər mobilliyinin emissiyalarının azaldılmasıdır. Bunun üçün enerjidoldurma infrastrukturuna və elektromobillərin istifadəsini stimullaşdıran mexanizmlərə əhəmiyyətli investisiyalar tələb olunur. Həmçinin aviasiya və dəniz nəqliyyatı da daxil olmaqla, bioyanacağın tətbiqinin genişləndirilməsi nəzərdə tutulur", - hesabatda bildirilib.

Bundan əlavə, 2035-ci ilə qədər dekarbonizasiya məqsədlərinə çatmaq üçün emissiyaların yumşaldılması üzrə ətraflı hazırlanmış plan təklif olunur. Bu, metro, avtobus və dəmir yolları şəbəkələrinin genişləndirilməsi və modernləşdirilməsini; ictimai nəqliyyata və mikromobilliyə keçidin stimullaşdırılmasını; dəmir yolu nəqliyyatından istifadənin artırılmasını; daxili yanma mühərrikili avtomobil parkının ilkin istismardan çıxarılmasını və şəhər nəqliyyatının yenilənməsini; minik avtomobilləri, avtobuslar və yük maşınları arasında elektromobillərin payının artmasını; elektromobillərin təşviqi üçün stimullaşdırma proqramlarını; aviasiya yanacağı da daxil olmaqla, bioyanacağın tətbiqini və onun qarışdırılmasını əhatə edir.

Qeyd edilir ki, dayanıqlı nəqliyyata keçid elektrikli avtomobil infrastrukturu, xüsusilə də enerjidoldurma stansiyaları və elektrik şəbəkələrinin modernləşdirilməsi üçün əhəmiyyətli investisiya tələb edəcək. İlkin yüksək xərclərə baxmayaraq, uzunmüddətli perspektivdə elektrikli avtomobillərinin daha aşağı yanacaq və texniki xidmət xərcləri sayəsində əməliyyat xərclərinin azalacağı gözlənilir.

Bundan əlavə, Azərbaycan "Azərişıq" ASC və "AzərEnerji" ASC-nin iştirakı ilə Bakıda, regionlarda və azad edilmiş ərazilərdə elektromobillərin enerjidoldurma infrastrukturunu genişləndirməyi planlaşdırır. Elektrikli avtobusların xidmət göstərməsi üçün son marşrutlarda dörd nəqliyyat-mübadilə mərkəzində enerjidoldurma stansiyaları quraşdırılacaq.

Son xəbərlər