Mojo.az Banner
SON DƏQİQƏ
17:22 Məktəblərin yaxınlığında nalayiq ifadələr işlədən şəxslər həbs olundu  |     17:09 Bərdədə sanitar huşsuz vəziyyətdəki pasiyenti döyüb  |     16:34 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     16:28 Prezident Valeh Ələsgərovu təltif etdi  |     15:14 Ramiz Mehdiyevin hansı təltifləri alınacaq? - Siyahı  |     15:05 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  |     14:42 Biləsuvarda dəhşətli qəza: İki ölü, üç yaralı var  |     14:31 Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb  |     14:14 Gənc oğlan binadan yıxılıb öldü  |     14:02 Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq  |     14:01 İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı  |     13:36 Azərbaycan nefti ucuzlaşdı: Son qiymət  |     13:33 Bakıda turistə təbii kürü adı ilə süni məhsul satılıb? - Video  |     12:57 Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı  |     22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan bu il elektrik mühərrikli avtobusların istehsalına başlayacaq

06.02.2025 18:30 1 086
Azərbaycan bu il elektrik mühərrikli avtobusların istehsalına başlayacaq
Bu il Çinin BYD şirkətinin Azərbaycanda elektrik mühərrikli avtobusların istehsalı müəssisəsinin fəaliyyətə başlaması planlaşdırılır.

Bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov keçirdiyi mətbuat konfrasında bildirib.

Onun sözlərinə görə, artıq istehsal üçün lazımı infrastruktur qurulub, yaxın günlərdə isə istehsal xəttinin quraşdırılması istiqamətində işlərə başlanması nəzərdə tutulur. Layihənin dəyəri 29 milyon manatdan çoxdur.

Ötən il ölkədə avtobus parkının yerli istehsal hesabına təmin edilməsi məqsədilə BYD ilə Çərçivə sazişi imzalanıb. Saziş çərçivəsində Çin şirkəti ölkəmizdə əlavə dəyər zəncirinin inkişaf etdirilməsi məqsədilə yeni istehsal sahələrinə investisiya qoymağı nəzərdə tutur. Belə ki, şirkətlə 2026-cı ildən aşağıtonnajlı yük elektrik avtomobillərinin, kommunal təsərrüfat üçün elektrik mühərrikli avtonəqliyyat vasitələrinin, elektrik mühərrikli minik avtomobilinin istehsalı və 2028-ci ildən isə elektrik enerjisinin saxlanması üçün batareyaların yığımı kimi sahələrdə əməkdaşlıq planlaşdırılır.скачать dle 11.3

Son xəbərlər