Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:53 Naxçıvanla bağlı yeni qərar: Kimlər aerportlarda VIP-dən istifadə edəcəklər? | 16:52 Prezidentdən Dövlət Ehtiyatları Agentliyi ilə bağlı fərman | 16:26 İlham Əliyev Səbuhi Sadıqova yüksək vəzifə verdi | 16:03 Şəmkirdə 13 il əvvəl qadının qətlinə görə tutulan şəxsdən xəbər var | 15:50 Səbinə Əliyeva yenidən Ombudsman seçildi (Yenilənib) | 15:45 Qış yaxınlaşdıqca soğan qiyməti bu qədər artacaq – AÇIQLAMA | 15:33 Lukaşenko: "Ukraynadakı müharibə yaxın aylarda bitəcək, hər kəs yorulub" | 14:34 Polis daha bir tiktokeri həbs etdi | 14:27 Vüqar Bayramov: "Bütün keçmiş məcburi köçkünlərə ev təklif ediləcək" | 14:07 İlham Əliyev panamalı həmkarına məktub göndərdi | 13:57 Azərbaycan Prezidenti Keniyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib - Video | 13:56 "Qarabağ" 11 illik fasilədən sonra ardıcıl üç oyunda xal itirib | 13:49 Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi | 13:35 Gəncədə rüşvət almaqda ittiham olunan vergi müfəttişi həbs edildi - Təfərrüat (Yenilənib) | 13:34 Məşhur kriptobirjaya kiberhücum: Kim Çen Inın bacısından FTB-nin iddialarına reaksiya | 13:14 Gömrükdə mobil telefon əməliyyatı: Yüzlərlə cihaz ələ keçdi | 13:13 Sibel Canın sevgilisi həbsxanada İmamoğlunu gördü: Dava düşdü | 13:11 Sumqayıtda 18 yaşlı oğlan özündən böyük sevgilisini küçədə döydü | 13:10 “Stop” niyə “toxta” olmalıdır? Dilçi olmayanlar dilə müdaxilə etməsin – AÇIQLAMA | 13:08 Mingəçevirdə iki avtomobil toqquşdu: Xəsarət alan var |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda məktəbdə sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdırıldı

03.11.2026 11:30 132
Bakıda məktəbdə sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdırıldı
Bakıda orta məktəbdə sinif yoldaşını üzərinə tezalışan maddə tökərək yandırmaqda təqsirləndirilən 2010-cu il təvəllüdlü T.Təhməzovun barəsində başlanılmış cinayət işində ittiham ağırlaşdırılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanılsa da sonradan ittiham Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd) maddəsinə dəyişdirilib. Hazırda faktla bağlı cinayət işinin istintaqı dəyişdirilib.

Xatırladaq ki, hadisə bu il aprelin 20-də Bakıdakı 286 saylı orta məktəbdə 9-cu siniflərin birində dərs zamanı baş verib. Təhsil müəssisəsinin 9-cu sinif şagirdi T.Təhməzov sinif yoldaşı M.Vəliyevlə mübahisə edib. Mübahisədən sonra Təhməzov özü ilə gətirdiyi plastik qabda olan tezalışan maddəni (spirt - red.) Vəliyevin üzərinə tökərək ona od vurub. Hadisə nəticəsində M.Vəliyev ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Şagirdin vəziyyəti ağır olduğundan o, Türkiyədəki klinikalardan birinə köçürülüb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən T.Təhməzov saxlanılıb və barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
//oxu.az

Son xəbərlər