Mojo.az Banner
18:53 Vulkan püskürdü, jurnalistlər itkin düşdü  |     18:49 “Saqqalları qısaldın, çadranı yığışdırın” - Kadırov çağırış etdi  |     18:47 Sabah Bakıda yağış yağacaq  |     18:40 Bakıda motosiklet qaçırıldı  |     18:35 "Avropa Putinlə dialoqa hazırdır" - Vadeful  |     18:26 “Göydən daş yağır” – "Sac İnşaat"dan ŞİKAYƏT (VİDEO)  |     18:21 Arvadını doğrayaraq itlərə yedizdirdi, özü polisə təslim oldu  |     18:02 Paytaxtda 18 istiqamətdə sıxlıq var  |     17:51 İsmayıllıda toyda 30-dan çox şəxs NƏDƏN ZƏHƏRLƏNİB? - AÇIQLANDI  |     17:47 Azərbaycanda kursant VƏFAT ETDİ - FOTO  |     17:05 Kanat qurğusu niyə FHN-in nəzarət siyahısında olmayıb? – RƏSMİ CAVAB  |     16:09 Yevlaxda arxlar daşıb, həyətləri çirkab sular basıb - VİDEO  |     16:01 Kanat faciəsinin qarşısını necə almaq olardı? – Troslarla bağlı VACİB MƏQAMLAR  |     15:56 Xalq artisti Aleksandr Şarovski dəfn edilib  |     15:55 Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə taxıl göndəriləcək  |     15:35 Gəncədə keçmiş kollec direktorlarına cinayət işi açıldı - FOTO  |     15:33 Gələcək 5-10 ili düşünmədən ixtisas seçməyin – XƏBƏRDARLIQ  |     15:30 Naxçıvanda dəmir yolu xətlərinin bərpasına başlanılıb  |     14:15 Azərbaycan və Ermənistan sərhədin delimitasiyasına şimaldan başlayacaq  |     14:05 "Sabah"dan növbəti TRANSFER: Portuqaliyadan hücumçu gətirdi - FOTO  |    
Left Banner
Right Banner

Tacikistan Prezidenti: "ECO ölkələri üçün enerji bazarı strategiyası hazırlanmalıdır"

04.07.2025 16:22 1 458
Tacikistan Prezidenti:
"İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələr arasında enerji sahəsində əməkdaşlıq mühüm əhəmiyyət daşıyır".

Median.Az
"Report"a istinadən xəbər verir ki, bunu Tacikistan Prezidenti Emoməli Rəhmon ECO-nun 17-ci Zirvə görüşündə çıxışı zamanı bildirib.

Dövlət başçısı qeyd edib ki, regionun iqtisadi inkişafında enerji sahəsində əməkdaşlıq həlledici rol oynayır:

"ECO-ya üzv ölkələr üçün vahid enerji bazarı strategiyasının hazırlanması zəruridir. Çünki sənaye sektoru bərpa olunan enerjidən istifadə imkanlarını genişləndirməli, bu isə öz növbəsində iqtisadi artımı dəstəkləməlidir. Hazırda Tacikistan bu istiqamətdə yeni iqtisadi artım strategiyasını həyata keçirməkdədir. Elektrik stansiyalarının qurulması və enerji istehsalının artırılması bu strategiyanın əsas hədəflərindən biridir".

E.Rəhmon əlavə edib ki, enerji mənbələrinin yaradılması həm Tacikistan, həm də ümumilikdə region üçün iqtisadi artımın əsas prioritetlərindəndir:

"Tacikistan sənaye sahəsində ölkələrarası əməkdaşlığın inkişafında mühüm tərəfdaş kimi çıxış edir. Əminik ki, birgə sənaye müəssisələrinin yaradılması istiqamətində səylərimizi gələcəkdə də davam etdirəcəyik".скачать dle 11.3
Mojo.az Banner