Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Yeni Kaledoniya və Fransız Polineziyasının futbolçuları Azərbaycana gəliblər

23.10.2026 12:37 435
Yeni Kaledoniya və Fransız Polineziyasının futbolçuları Azərbaycana gəliblər
22-30 oktyabr 2026-cı il tarixlərində Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatı və Festivalında Kanaki-Yeni Kaledoniya və Fransız Polineziyası (Maʻohi Nui) komandaları iştirak edəcəklər.

Bu barədə Bakı Təşəbbüs Qrupu (BTQ) bununla bağlı paylaşım edib.

"Sakit okeandan Azərbaycana - Futbol bizi birləşdirir!" başlıqlı paylaşımda hər iki ərazinin gənc futbolçularına uğurlar arzulanıb.

BTQ gənc idmançıların Azərbaycana səfərinin onlar üçün yeni dostluqlar qurmaq, unudulmaz təcrübələr qazanmaq, öz xalqlarının zəngin mədəniyyətini və ənənələrini dünyaya tanıtmaq baxımından əhəmiyyətli fürsət olacağına ümidvar olduğunu bildirib. Futbolun sadəcə idman növü deyil, gəncləri bir araya gətirən, müxtəlif mədəniyyətlər arasında körpülər yaradan və daha yaxşı gələcəyə ümid aşılayan vasitə olduğu vurğulanıb.

Son xəbərlər