Canni İnfantino İlham Əliyevlə görüşündən paylaşım etdi - FOTO
Bunu FIFA-nın prezidenti Canni İnfantino sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib.
O, paylaşımda görüş FIFA-ya göstərdiyi dəstəyə və ilk dəfə keçiriləcək FIFA U-15 Dünya Kuboku və Festivalına ev sahibliyi etdiyinə görə İlham Əliyevə təşəkkür etdiyini qeyd edib.
"Azərbaycan Prezidenti futbolun gənclərə imkanlar yaratmaqda və icmaları bir araya gətirməkdə oynaya biləcəyi rolu yaxşı anlayır. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə onun prezidenti Rövşən Nəcəfin rəhbərliyi altında futbolun inkişafı istiqamətində həyata keçirdiyimiz layihələri davam etdirmək üçün dövlət başçısının dəstəyinə sahib olmaqdan məmnunam".
Ссылка не поддерживается для встроенного формата.