Mojo.az — elanlar
Son Xəbərlər
21:15 Azərbaycan ərazisi ilə 12 milyon tondan çox tranzit yük daşınıb  |     21:10 İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb  |     21:10 Sabah yağış yağacaq  |     21:03 Bu qidalar bağırsaq xərçəngi riskini artıra bilər - TƏDQİQAT  |     20:55 Astarada kişi pilləkəndən yıxılaraq öldü  |     20:50 Bu obyekt piyada səkisinin üzərində inşa edilib? - VİDEO  |     20:42 Məhkəmə bacısının qızılını oğurlayan qardaşa bu cəzanı verdi  |     20:37 Bu şəxslər pensiyaya daha tez çıxa bilər  |     20:30 Dünyada ilk - Marsın peykindən Yerə torpaq gətirilir  |     20:22 Qonaqlara iylənmiş ət verən "Çıraq Palace"da yoxlama - Nöqsanlar üzə çıxdı (VİDEO)  |     20:16 Bəzi ərazilərdə su kəsiləcək  |     20:13 Səfərbərlik Xidmətinin iki sabiq şöbə rəisi həbs olundu  |     19:39 Sabah iki rayonda qaz olmayacaq  |     19:34 Bakıda yeni mikrorayon salına bilər: Necə adlanacaq?  |     19:29 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Video  |     19:19 Prezident Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandumu təsdiqləyib  |     18:48 Repçi Navai Rusiyada cəzalandırılacaqmı? - Vəkildən açıqlama  |     18:33 Bakıda üç marşrut üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilir  |     18:03 Məktəbdə şagirdlər arasında dava düşdü, biri xəstəxanalıq oldu  |     18:01 Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq  |    
Mojo.az Avto
Mojo.az Avto

Telefonunun şarjı tez bitənlər üçün tövsiyələr

22.07.2021 11:51 1 521
Telefonunun şarjı tez bitənlər üçün tövsiyələr
İstehsalçıdan asılı olmayaraq istənilən smartfonun “zəif bəndi” akkumlyatordur.

“Sputnik”in məlumatına görə, bu barədə Rusiyada Mobil Araşdırmalar Qrupunun aparıcı analitiki Eldar Murtazin bildirib.

Onun sözlərinə görə, istənilən akkumlyator batareyasının (o cümlədən smartfondakının) doldurma və boşalma dövrlərinin sayında məhdudiyyət olur. Bu miqdar keçildiyi təqdirdə, cihazın məhsuldarlığında azalma ola bilər, bəzən isə hətta isti və ya soyuq havada gözlənilmədən sönə bilər.

“Batareya smartfonun işinə təsir göstərir. Batareya artıq köhnəldikdə, yəni çox sayda şarj olunanda cihaz isti və ya soyuq havalarda daha çox enerji itirməyə başlayacaq. Məsələn yayda kondisionerli otaqdan istiyə, yaxud qışda isti otaqdan soyuğa çıxılarkən zəng gələrsə, smartfon qəfil sönə bilər. Ancaq bu problemin həlli var - sadəcə cihazdakı batareya dəyişdirilməlidir”, - deyə Murtazin izah edib.

Onun sözlərinə görə qadjetin korpusunun quruluşundan asılı olmayaraq batareyanı dəyişdirmək mümkündür.

“Hər hansı xidmət mərkəzində batareyanı dəyişdirmək olar. 3-4 ildən bir bunu etmək tövsiyə olunandır”, - deyə Murtazin bildirib.

Mütəxəssis eyni zamanda batareyanın rəsmi xidmət mərkəzində dəyişdirilməli olduğunu vurğulayıb. Onun sözlərinə görə, ucuz, sertifikatlaşdırılmamış analoq almaqla pula qənaət etmək cəhdi daha ciddi xərclərə, hətta cihazın məhv olmasına səbəb ola bilər.

Son xəbərlər