Mojo.az — elanlar
Son Xəbərlər
23:16 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Foto  |     22:45 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:40 Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi  |     22:34 Gəmidə marixuana ilə tutulan dənizçiyə hökm oxundu  |     22:26 "Vef Plus" mağazasından 750 manatlıq oğurluq  |     22:21 7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu  |     22:13 Səhər və axşam yeməyinin vaxtı ömrün uzunluğuna təsir edir (ARAŞDIRMA)  |     22:08 Fransaya getmək istəyən Azərbaycan vətəndaşlarına xəbərdarlıq  |     22:01 Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başladı  |     21:56 "Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert  |     21:50 Bu marşrut üzrə əlavə qatar reysləri təşkil ediləcək - CƏDVƏL  |     21:41 Məhkəmə Köçəryanla bağlı yeni qərar verəcək  |     21:36 Vətən müharibəsindən sonra minaya düşənlərin sayı açıqlandı  |     21:29 Nigeriyada 103 "Boko Haram" üzvü öldürüldü  |     21:24 Rayon prokuroru təyin edilən şəxs bu tanınmış hakimin oğludur  |     21:15 Azərbaycan ərazisi ilə 12 milyon tondan çox tranzit yük daşınıb  |     21:10 İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb  |     21:10 Sabah yağış yağacaq  |     21:03 Bu qidalar bağırsaq xərçəngi riskini artıra bilər - TƏDQİQAT  |     20:55 Astarada kişi pilləkəndən yıxılaraq öldü  |    
Mojo.az Avto
Mojo.az Avto

Şəkidə oğurluq etdiyi evi yandıran şəxs tutuldu - Video

10.10.2025 12:13 861
Şəkidə oğurluq etdiyi evi yandıran şəxs tutuldu - Video
Şəki rayonunun Vərəzət kəndində oğurluq hadisəsi qeydə alınıb.

Gecə saatlarında evlərdən birinə daxil olan naməlum şəxs əvvəlcə oradan üç min manat dəyərində qızıl-zinət əşyalarını, eləcə də iki min manata yaxın pulu ələ keçirib və daha sonra iz itirmək məqsədilə həmin evi yandırıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a bildirilib ki, Şəki Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən zərərçəkmişin qonşusu, 30 yaşlı Elmin Camalov saxlanılıb.

O, evdə heç kimin olmamasından istifadə edərək həmin ünvana daxil olduğunu və əməlini həyata keçirdikdən sonra oğurluq etdiyi otağı yandırdığını bildirib. Oğurlanmış pul və qızıl-zinət əşyaları saxlanılan şəxsin avtomobilindən, eləcə də işlədiyi bərbərxanadan aşkarlanaraq maddi sübut kimi istintaqa təqdim edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər