Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |     17:58 Hikmət Hacıyev: Ermənistanda revanşizm hallarının artmasından narahatıq  |     17:33 Ata zarafatına görə pivə bakalını dostunun başında sındırdı  |     17:24 Saatlıda qaz olmayacaq  |     17:18 Baş Prokurorluqdan WhatsApp istifadəçilərinə XƏBƏRDARLIQ  |     17:15 Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü  |     17:06 Erməni nazir Şəkidəki hadisənin detallarını açıqladı: Nəsimi Musayev necə saxlanıldı?  |     16:43 Naxçıvanda qayaları üyüdüb duz adı ilə satırlar? - Rəsmi cavab  |     16:28 Bakıda yeddi avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi  |     16:04 Bankda pul saxlayanlar bunu mütləq bilməlidir  |     15:57 İlham Əliyev Aleksandr Zuyevi qəbul edib  |     15:56 DTX sabiq vəzifəli şəxsi həbs etdi  |     15:54 Ayrılmaq istəyən sevgilisini maşında döydü  |     15:53 İlham Əliyev İƏT-in baş katibini qəbul edib - Video  |    
Mojo.az Avto
Mojo.az Avto

"Diş fırçalayarkən suyu boş yerə axıdırıq" - Deputat

20.08.2026 13:35 348
"Su həyatdır. Amma biz çox vaxt onun həqiqi dəyərini yalnız çatışmadığı zaman anlayırıq. Orta hesabla bir insanın yalnız içmək üçün ömrü ərzində təxminən 50-60 min litr suya ehtiyacı ola bilər. Bəs biz bu qədər vacib olan suya gündəlik həyatımızda necə yanaşırıq?"

Bunu deputat Ceyhun Məmmədov deyib. Onun sözlərinə görə, su kranını açıq qoyub gedirik, bağlamağı unuduruq:

"Diş fırçalayarkən suyu boş yerə axıdırıq. Maşın və həyət yuyarkən ehtiyacdan artıq su sərf edirik. Sızan kranı isə günlərlə təmir etdirmirik. Amma sayğac gələndə davranışımız dəyişir. Çünki artıq hər litr suyun hesabını görürük. Suyun neçə kubmetr sərf edildiyini bilirik və daha diqqətli oluruq. Bəs suyun sayğacı olmasaydı, yenə də qənaət edərdikmi? Əsl məsuliyyət suyun pulunu ödəməkdən deyil, onun dəyərini anlamaqdan başlayır. Çünki suya qənaət etməyimizin səbəbi yalnız hesabın çox gəlməsi olmamalıdır.

Bir tərəfdə insanlar bir damla su axtarır, digər tərəfdə isə tonlarla suyu düşünmədən israf edirik. Suyun qiyməti sayğacda görünür, amma əsl dəyəri həyatdadır. Bu gün bir kranı bağlamaq, sızan borunu təmir etdirmək, ehtiyacdan artıq su istifadə etməmək kiçik addım kimi görünə bilər. Amma böyük israf da məhz kiçik səhlənkarlıqlardan başlayır. Suyu puluna görə deyil, həyatımıza görə qoruyaq. Çünki bu gün israf etdiyimiz su sabah ən böyük ehtiyacımıza çevrilə bilər".

Son xəbərlər