Mojo.az — elanlar
Son Xəbərlər
23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda ailə dramı: Kişi yeməyə görə arvadını döydü, saçını yoldu

31.08.2026 11:24 279
Bakıda ailə dramı: Kişi yeməyə görə arvadını döydü, saçını yoldu
Bakıda kişi həyat yoldaşını döyərək saçını yolub.

Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində baş verib. Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Emin Aslanov (soyad şərtidir - red.) 2006-cı ildə ailə həyatı qurub və onların birgə nikahından iki övladları dünyaya gəlib. Eminin mütəmadi spirtli içkilər qəbul etməsi ailədə narazılığa səbəb olub.

Emin növbəti dəfə içki qəbul edərək evə gələrkən həyat yoldaşından yemək istəyib. Qadın yemək tam bişmədiyi üçün ondan bir müddət gözləməyi xahiş edib. Bu, Eminin xoşuna gəlməyib və evdə dava salıb. O, arvadını döyüb və başını divara vurmağa başlayıb. Həyat yoldaşı baş və bədən nahiyələrindən zədələr alsa da, Emin bununla sakitləşməyib. O, həyat yoldaşının saçından tutaraq evdə sürüyüb və saçını yolub.

Hadisə yerinə polis əməkdaşları gəlib, E.Aslanov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib.

Məhkəmənin hökmü ilə E.Aslanova altı ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Son xəbərlər