Əcnəbilərin Azərbaycanda işləməsi və yaşaması ilə bağlı YENİLİK
Azərbaycanda aqroparkların fəaliyyətinə cəlb olunan əcnəbi mütəxəssislər üçün miqrasiya qaydalarının genişləndirilməsi və uzunmüddətli müvəqqəti yaşamaq icazəsinin verilməsi ilə bağlı qanun layihəsi Milli Məclisdə birinci oxunuşda qəbul edilib. Təklif olunan dəyişikliklərin əcnəbilərin əmək fəaliyyəti və ölkədə yaşamaq hüququ baxımından hansı hüquqi yeniliklər yaradacağı maraq doğurur.
Bu dəyişikliklər əcnəbilərin Azərbaycanda əmək fəaliyyəti və müvəqqəti yaşaması ilə bağlı hüquqi prosedurlara necə təsir edəcək?
Hüquq müdafiəçisi Sahib Məmmədov Median.Az-a bu barədə açıqlama verib.
O deyib ki, dəyişikliyin əsas məqsədi Azərbaycanda yüksək ixtisaslı xarici mütəxəssislərin əmək fəaliyyətinə cəlb olunmasını asanlaşdırmaqdır:

“Belə ki, xüsusilə aqroparklarda və digər müvafiq sahələrdə müəyyən vəzifələri tutacaq əcnəbi mütəxəssislərə iş icazəsi almadan əmək fəaliyyəti ilə məşğul olmaq imkanı yaradılacaq. Bu imkan 2027-ci il yanvarın 1-dən 2030-cu il yanvarın 1-dək olan dövrü əhatə edəcək. Həmin müddətdə konkret sahələr üzrə çalışmaq üçün Azərbaycana dəvət olunan yüksək ixtisaslı mütəxəssislər iş icazəsi almadan, sadələşdirilmiş prosedurlar əsasında əmək fəaliyyəti göstərə biləcəklər. Onların ölkədə olduqları müddətdə müvəqqəti yaşama icazəsi ilə təmin olunmaları da nəzərdə tutulur. Ümumilikdə, dəyişiklik müvafiq sahələrdə mövcud olan ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına və xarici mütəxəssislərin ölkəyə cəlb edilməsinin asanlaşdırılmasına xidmət edir”.