Mojo.az Banner
23:01 Şamaxıda gecəyarısı vətəndaşın obyektini sökən şirkət kimindir? (VİDEO)  |     22:57 Zirzəmidə yıxılıb çarəsiz qalan şəxs xilas olundu (VİDEO)  |     22:51 Azərbaycanda uzunömürlülərin sayı - MARAQLI STATİSTİKA  |     22:45 Ceyhun Bayramovla Marko Rubio arasında telefon danışığı aparıldı  |     22:40 Türkiyədə iki futbol hakimi həbs olundu  |     22:31 Ucarda şagirdin məktəbdən kənarlaşdırılması narazılıq yaradıb - VİDEO  |     22:26 Xalq artisti xəstəxanadan evə buraxıldı  |     22:20 Saturn Yerə ən yaxın mövqeyindədir: Bu gecə onu necə görmək olar?  |     22:12 Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü  |     22:08 Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi  |     21:51 Bakıda torpağın qiyməti kəskin artdı - Ən çox bu rayonda bahalaşıb  |     21:50 "Azəriqaz"ın adından 10 min manatlıq dələduzluq  |     21:46 Azərbaycanda uşaqların gözü qarşısında qadını bağçanın həyətində vəhşicəsinə bıçaqladılar - Hadisə baş verən ərazidən görüntülər  |     21:44 Məşhur türk aktrisası vəfat etdi  |     21:37 Avtomobil sürmək üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? (VİDEO)  |     21:34 Məşhur biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar  |     21:19 Tünd çörək həmişə çovdar çörəyi deyil: Seçim zamanı səhvə yol verməyin  |     21:18 ANS-in keçmiş işçisi bu televiziyaya direktor təyin olundu  |     21:08 "Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi  |     21:07 Bakıda məktəbli sinif yoldaşını qətlə yetirdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Hava şəraiti məhsulların yetişməsini ləngidir: Qıtlıq gözlənilirmi?

11.06.2024 12:36 1 581
Hava şəraiti məhsulların yetişməsini ləngidir: Qıtlıq gözlənilirmi?
Azərbaycanda may ayında düşən yağıntının miqdarı normadan artıq olub. İyun ayından isə havanın temperaturu yüksəlib. İsti hava əsasən paytaxt Bakıda və cənub bölgəsində müşahidə edilir. Bəzi bölgələrdə isə bunun əksinə olaraq bir neçə gündür qeyri-sabit hava şəraiti hökm sürür.

Zaqatala, Goranboy, Gəncə, İsmayıllı və digər rayonlara yağan yağış nəticəsində çaylara sel gəlib, sel suları bir sıra fəsadlar törədib. O cümlədən, düşən dolu və sel suları bostan məhsullarına, meyvə ağaclarına zərər vurub.

Bu cür havanın kənd təsərrüfatı məhsullarına, bostan bitkilərinə təsiri necə olacaq? İnsanları qıtlıq gözləyirmi?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli deyib ki, bölgələrdəki hava şəraiti məhsulların yetişməsini ləngidir:

"Hazırda kənd təsərrüfatı məhsullarının mövsümüdür. Bir aydır müşahidə edilən dəyişkən, yağıntılı, əlverişsiz hava şəraiti temperaturun aşağı olması səbəbindən kənd təsərrüfatı məhsullarının yetişməsinə mane olur. Sel gələn, dolu düşən ərazilərdə isə bostan və tərəvəz bitkiləri məhv olur. Yəni yağıntılı və soyuq hava şəraiti bostan və tərəvəz bitkilərinin yetişdirməsini gecikdirir, digər tərəfdən, bir çoxunu da məhv edir. Hara dolu düşübsə, hara sel gəlibsə, orada bostan bitkiləri məhv olub gedir".

O bildirib ki, bu hal kənd təsərrüfatı məhsullarının bolluğuna müəyyən təsir göstərir:

"İlkin proqnozlara görə, bu il kənd təsərrüfatı məhsulları bol olacaq. Hesab edirəm ki, müəyyən qədər geciksə də, bolluq özünü göstərəcək. Dolu olan, sel olan ərazilərdə məhv olan təsərrüfat hesabına qıtlığın yaranmasını düşünmürəm. Bu, kütləvi şəkildə deyil və müəyyən qədər təsirə malik olsa da, qıtlıq yaratmayacaq".скачать dle 11.3
Mojo.az Banner