Rusiya Polşanın hava məkanını pozdu: Hökumət xüsusi müşavirə çağırdı - Foto/Video
Noyabrın 20-də gecə saatlarında Rusiyanın Ukraynanın qərb bölgələrinə endirdiyi raket zərbələri zamanı Polşanın hava məkanı pozulub. Təhlükəsizlik xidməti ölkənin şərqində yerləşən üç yaşayış məntəqəsində obyekt və qalıqların tapıldığını rəsmən təsdiqləyib.
Median.Az-ın Polşa mətbuatına istinadən məlumatına görə, müdafiə naziri Vladislav Kosinyak-Kamış iki halda söhbətin raketlərdən getdiyini təsdiq edib. Hazırda Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.
Polşanın Baş naziri Donald Tusk Müdafiə və Daxili İşlər nazirliklərinin, xüsusi xidmət orqanları rəhbərlərinin, eləcə də Polşa Silahlı Qüvvələrinin komandanlığının iştirakı ilə xüsusi müşavirə çağırıb.
Kosinyak-Kamış mətbuat konfransında bildirib:
"Müvafiq xidmətlərin, o cümlədən polis, yanğından mühafizə, hərbi jandarm, həmçinin Hərbi Əks-Kəşfiyyat Xidmətinin işlədiyi üç yaşayış məntəqəsi var".
Qeyd olunur ki, havadan birbaşa təhlükə artıq sovuşub, lakin yüksək hazırlıq rejimi qüvvədə qalır.
Nazir insidentin tarixinin də təsadüfi olmadığını qeyd edib: "Bu gün "könüllülər koalisiyası"nın təlimləri keçirilir. Nova-Demba poliqonunda, yəni bizim hərbi hava qüvvələrimizin fəaliyyət göstərdiyi yerlərin tam yaxınlığında on beşə yaxın dövlət bu təlimdə iştirak edir".
Onun fikrincə, baş verənlər Rusiyanın növbəti təxribatıdır. Polşa ərazisindəki bu insidentin Ukraynaya endirilən raket zərbələrindən birinin kənar təsiri olduğu bildirilir.