Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Polşa havadan müdafiə tədbirlərini gücləndirib

13.09.2025 22:50 702
Polşa havadan müdafiə tədbirlərini gücləndirib
Polşa Rusiya dronlarından gələn təhdid fonunda qabaqlayıcı tədbirlər görüb.
 
Median.Az xəbər verir ki, bu barədə Polşa Baş naziri Donald Tusk özünün “X” hesabında məlumat verib.
 
“Rusiya dronlarının Ukraynanın Polşa ilə sərhədə yaxın yerləri üzərində fəaliyyətindən yaranan təhdid səbəbindən, Polşa və müttəfiq qüvvələrin hava sahəmizdə qabaqlayıcı əməliyyatları başlayıb. Havadan müdafiə sistemləri ən yüksək hazırlıq səviyyəsinə çatıb”, - Polşanın Baş naziri xəbər verib.
 
Qeyd edək ki, bir neçə gün əvvəl Rusiyaya məxsus dronlar Polşa hava sahəsini pozmuşdu. \APA

Son xəbərlər