Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

İranın ixrac qadağası: Azərbaycan bazarına təsiri nə olacaq?

03.03.2026 19:20 342
İranın ixrac qadağası: Azərbaycan bazarına təsiri nə olacaq?
İran bir sıra məhsulların ixracını qadağan edib. Məlumata görə, İranın Kənd Təsərrüfatı Nazirliyi mövcud şəraitdə ölkə bazarında qiymətləri tənzimləmək məqsədilə yumurta, pomidor və xurmanın ixracına qadağa tətbiq edib. Qadağanın qeyri-müəyyən müddətə qüvvədə olacağı bildirilir.

Qonşu ölkənin bu qərarı Azərbaycan bazarına necə təsir göstərə bilər?

Liberal İqtisadçılar Mərkəzinin sədri İqtisadçı-ekspert Akif Nəsirli Qaynarinfo-ya açıqlamasında bildirib ki, əgər bu məhsulların bir hissəsi Azərbaycana İran vasitəsilə idxal olunurdusa, ixracın dayandırılması bazarda təklifin azalmasına və nəticədə qiymətlərin yüksəlməsinə səbəb ola bilər.

Akif Nəsirlinin sözlərinə görə, qiymət artımının miqyası əsasən yerli istehsalın kifayətliliyi və alternativ idxal mənbələrinin mövcudluğundan asılı olacaq:

"Əgər alternativ tədarük yolları varsa və yerli istehsal tələbatı ödəyirsə, təsir məhdud ola bilər. Qısa müddətli qadağalar bazarda müəyyən narahatlıq yarada bilər. Lakin uzunmüddətli qiymət artımı əsasən tədarük balansından asılı olacaq”.скачать dle 11.3
Mojo.az Banner