Mojo.az — elanlar
Son Xəbərlər
14:32 Qordana Silyanovska-Davkova İlham Əliyevə zəng edib  |     14:22 Məktəblərdə aqressiyanın səbəbi təkcə sosial şəbəkələr deyil – Açıqlama  |     14:10 Xaricdən diri heyvan gətirmək adı ilə milyondan çox pul mənimsənildi  |     13:47 Təhlükəsizlik riski yaranarsa, turistlər nə etməlidir? – Ekspertdən tövsiyə  |     13:43 Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan edib - Siyahı  |     13:00 Masazırda 65 yaşlı kişi özündən 16 yaş kiçik sevgilisini döydü  |     12:43 Sabah üç rayon və bir şəhərdə qaz olmayacaq  |     12:27 Qaxda iki dost məktəbli qıza təcavüz etdi - Təfərrüat  |     12:19 Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırılıb  |     12:17 Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı - Foto  |     12:00 Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib  |     11:45 Bakının mərkəzindəki restoranda yanğın - Video  |     11:38 Donuz piyinin şəfa verdiyi doğrudurmu? — Vacib məqamlar  |     11:36 Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşıb  |     11:34 Vətən Müharibəsi Qəhrəmanına yüksək rütbə verildi  |     11:21 Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi başa çatdı - Video  |     11:16 Azərbaycanın bəzi ərazilərinə qar yağıb - Faktiki hava  |     23:16 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Foto  |     22:45 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:40 Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Çörəyin qiyməti ilə bağlı VACİB AÇIQLAMA: Kəskin bahalaşacaq?

14.02.2026 22:20 756
Çörəyin qiyməti ilə bağlı VACİB AÇIQLAMA: Kəskin bahalaşacaq?
“Yaxın aylarda çörək məhsullarının qiymətində artım ehtimalı istisna olunmur. Dünya bazarında unun qiymətində baş verən dəyişikliklər, həmçinin logistik və yanacaq xərclərinin artması çörəyin maya dəyərinə birbaşa təsir göstərir. Artıq ölkədə bəzi un məmulatlarında qiymət artımı müşahidə olunub, baton çörəyin qiymətində isə 10 qəpiklik artım qeydə alınıb”.
 
Median.Az bildirir ki, bu fikirləri Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc konkret.az-a açıqlamasında səsləndirib:
 
“Çörək istehsalı sosial baxımdan həssas sahə olduğuna görə bu istiqamət daim dövlət nəzarətində saxlanılır. Sahibkarlar da qiymət dəyişiklikləri zamanı bazarın həssaslığını nəzərə alır və kəskin bahalaşmanın baş verməsi gözlənilmir”.
 
V.Orucun sözlərinə görə, çörəyin qiymətinə əsas təsir edən amillərdən biri unun idxaldan asılı olmasıdır:
 
“Xarici bazarlarda qiymət dəyişiklikləri və daşınma xərclərinin artması daxili bazara da təsir edir. Bundan əlavə, sahə dövlət subsidiyaları ilə tənzimləndiyi üçün büdcə imkanları da qiymət formalaşmasında mühüm rol oynayır.

Əgər subsidiyaların həcmi azalarsa, qiymətlərdə ciddi artım mümkündür. Lakin Azərbaycan sosial yönümlü dövlət olduğundan kəskin bahalaşma ehtimalı yüksək deyil”, – deyə o, vurğulayıb.
 
Ekspert hesab edir ki, 2026-cı ildə çörək və digər un məmulatlarında qiymət artımı baş verərsə, bu artımın ümumilikdə 10 faizdən çox olmayacağı gözlənilir. Hazırda isə genişmiqyaslı bahalaşma qeydə alınmayıb.
 
Vüqar Oruc əlavə edib ki, əhalinin çörək məhsullarından geniş istifadə etməsi və məhsulun strateji əhəmiyyət daşıması səbəbindən dövlət bu sahəni daim diqqətdə saxlayır. Buna görə də mümkün artımın böyük məbləğdə olmayacağı proqnozlaşdırılır.

Son xəbərlər